--:--:-- | 27 İyul 2026, Bazar ertəsi
Son Xəbər
Yüklənir...

Yeni qaydanı bilməyən sürücülər daha çox cərimə ilə üzləşir

Aysel Əlibəyli 05 İyun 2026 · 21:18 1131 baxış

Azərbaycanda inzibati xətalar üzrə balla qiymətləndirmə sistemi son illərdə genişlənib və sürücülərin məsuliyyət mexanizmi əvvəlki dövrlə müqayisədə daha sərt xarakter alıb.

Elpress.az xəbər verir ki, Milli Məclisin növbədənkənar sessiyasında deputat Kamal Cəfərov mövcud ball sistemindəki dəyişikliklərlə bağlı məlumat verib.O xatırladıb ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi 2016-cı il martın 1-dən qüvvədədir və həmin dövrdə balla qiymətləndirilən pozuntuların sayı daha az olub.Deputatın sözlərinə görə, ötən illər ərzində yol hərəkəti qaydalarının dəyişməsi və mikromobillik vasitələrinin artması ilə birlikdə balla ölçülən inzibati xətaların sayı da yüksəlib. Bu isə sürücülərin risk zonasını genişləndirib.Kamal Cəfərov bildirib ki, hazırda mövcud sistemdə sürücülər əvvəlki illərlə müqayisədə daha az faiz həddində bal topladıqda sürücülük hüququndan məhrum olurlar. Onun fikrincə, bu göstəricilər sistemin yenilənməsinə ehtiyac yaradır.Deputat əlavə edib ki, balansın qorunması üçün limitin artırılması və bəzi aşağı riskli pozuntulara görə yalnız cərimə mexanizminin tətbiqi kimi təkliflər müzakirə olunur. Onun sözlərinə görə, beynəlxalq təcrübədə də oxşar yanaşmalara rast gəlinir.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Sabiq şöbə müdiri susmadı: Yayılan xəbərlərə cavab verdi

Next Article

Şəkidən beynəlxalq diplomatiyaya uzanan uğur yolu

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Prezidentə təbrik mesajları göndərilir

Aysel Əlibəyli 26 May 2026 · 17:12 1135 baxış Malayziya Kralı Sultan İbrahim Prezident İlham Əliyevə təbrik məktubu göndərib. Elpress.az-ın Qafqazinfo-a istinadən verdiyi məlumata görə, məktubda Azərbaycanın müstəqilliyinin 108-ci ildönümü münasibətilə Prezident İlham Əliyevə və […]

Bakı metrosunda yeni stansiyalarda liftlər quraşdırılacaq

Aysel Əlibəyli 25 İyun 2026 · 16:23 1050 baxış Bakı metrosunun inkişafında yeni mərhələ: yeni stansiyalarda liftlər, eskalatorlar və müasir infrastruktur tətbiq ediləcək Elpress.az-ın Axar.az-a istinadən verdiyi məlumata əsasən, bakı Metropolitenində yeni stansiyaların tikintisi çərçivəsində […]

Sabah bəzi bölgələrdə temperatur 40 dərəcəyə çatacaq

Aysel Əlibəyli 14 İyul 2026 · 14:09 1048 baxış Sabah Azərbaycanda isti hava şəraiti davam edəcək, bəzi rayonlarda temperaturun 40 dərəcəyədək yüksələcəyi proqnozlaşdırılır. Elpress.az xəbər verir ki, Bakıda və Abşeron yarımadasında hava əsasən yağmursuz keçəcək. […]