--:--:-- | 24 Oktyabr 2026, Şənbə
Son Xəbər
Yüklənir...

“Xocəsən” və “Avtovağzal” stansiyalarında yeni tətbiq: metroya giriş ödənişsiz olacaq

Aysel Əlibəyli 22 Sentyabr 2026 · 17:24 1132 baxış

Elpress.az xəbər verir ki, sabahdan etibarən Bakı Metropoliteninin “Xocəsən” və “Avtovağzal” stansiyalarından metroya giriş müəyyən müddət ərzində pulsuz həyata keçiriləcək.

Yeni tətbiq xətlərin ayrılması layihəsinin icrası zamanı sərnişinlərin alternativ hərəkət imkanlarını artırmaq və şəhərdə nəqliyyat yükünü daha səmərəli bölüşdürmək məqsədi daşıyır.Beləliklə, Abşeron və Qaradağın bir sıra ərazilərindən şəhər istiqamətində hərəkət edən sərnişinlər “Şamaxinka” və “20 Yanvar” ərazilərinə getmədən sözügedən stansiyalardan metro xidmətindən istifadə edə biləcəklər.

Ödənişsiz hərəkət “Xocəsən” və “Avtovağzal” stansiyalarından daxil olan sərnişinlər üçün “8 Noyabr”, “Dərnəgül”, “Azadlıq prospekti”, “Nəsimi”, “Memar Əcəmi”, “20 Yanvar”, “İnşaatçılar”, “Elmlər Akademiyası” və “Nizami” stansiyalarını əhatə edəcək.Bununla yanaşı, nəqliyyat axınlarının təhlili əsasında müəyyən avtobus marşrutlarının birbaşa bu iki metro stansiyasına yönləndirilməsi də planlaşdırılır.

Tətbiq ediləcək dəyişikliklərin Yaşıl və Bənövşəyi xətlərdən Qırmızı xəttə keçidi asanlaşdıracağı, sərnişinlərin alternativ marşrutlardan istifadəsini genişləndirəcəyi bildirilir.

Yeni yanaşma nəticəsində xətlərin ayrılması layihəsinin həyata keçirildiyi müddətdə sərnişin axınının daha balanslı təşkili, şəhərə girişlərdə ictimai nəqliyyatın hərəkətinin optimallaşdırılması və vətəndaşların vaxt və əlavə nəqliyyat xərclərinin azaldılması hədəflənir.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Prezidentdən dağ-mədən və metallurgiya sənayesi ilə bağlı mühüm müşavirə

Next Article

Formula 1 Bakıda tədrisə də təsir etdi: universitetlərdə distant təhsilə keçilir

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Avqustun 13-ü üçün hava proqnozu açıqlanıb

Aysel Əlibəyli 12 Avqust 2026 · 13:19 1080 baxış Bakıda hava əsasən yağmursuz, bölgələrdə isə yağışlı olacaq Elpress.az xəbər verir ki, Avqustun 13-də Azərbaycanda hava şəraitinin bəzi ərazilərdə qeyri-sabit keçəcəyi gözlənilir.Bakıda və Abşeron yarımadasında hava […]

135 nömrəli avtobuslar yenilənir

Aysel Əlibəyli 31 İyul 2026 · 12:10 1068 baxış Xırdalan–“Memar Əcəmi” marşrutu üzrə avtobuslar dəyişdiriləcək Elpress.az xəbər verir ki, “Xaliq Faiqoğlu” şirkəti 135 nömrəli marşrut xəttində sərnişindaşıma xidmətinin yaxşılaşdırılması məqsədilə avtobus parkını yeniləyir.Avqustun 1-dən Xırdalan […]

Küçədə və parkda siqaret çəkmək olarmı?

Aysel Əlibəyli 30 İyun 2026 · 18:23 1146 baxış Siqaret istifadəsi ilə bağlı qanunvericilikdə müəyyən edilən məhdudiyyətlər vətəndaşlar arasında tez-tez suallar yaradır. Xüsusilə açıq məkanlarda — küçə və parklarda tütün məmulatlarından istifadənin mümkün olub-olmaması maraq […]