--:--:-- | 25 İyul 2026, Şənbə
Son Xəbər
Yüklənir...

Tovuzun Cəlilli kəndinə içməli su sevincı

Aysel Əlibəyli 09 İyun 2026 · 11:56 1118 baxış

Tovuz rayonunun Cəlilli kəndində içməli su təchizatı layihəsinin açılışı həyata keçirilib.

Elpress.az AZƏRTAC-a istinadən xəbər verir ki, tədbirdə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədr müavini İlqar Gülməmmədov, Tovuz Rayon İcra Hakimiyyətinin başçısı Məmməd Məmmədov və Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyində olan Regional Su Meliorasiya Xidmətinin İdarə Heyətinin sədri Zakir Quliyev, eləcə də rayon ictimaiyyəti, şəhid ailələri, qazilər və kənd sakinləri iştirak ediblər.Bildirilib ki, regionlarda içməli su və suvarma təminatının yaxşılaşdırılması istiqamətində həyata keçirilən layihələr dayanıqlı inkişafın əsas prioritetlərindən biridir. Qeyd olunub ki, bu istiqamətdə işlər ölkə üzrə mərhələli şəkildə davam etdirilir.Layihə çərçivəsində kənddə mərkəzləşdirilmiş su təchizatı sisteminin qurulması məqsədilə mövcud şəhər su şəbəkəsindən istifadə olunaraq yeni xətlər çəkilib və müxtəlif ərazilərdə ictimai bulaqlar quraşdırılıb.Məlumata əsasən, ümumilikdə 8 kilometr su xətti inşa edilib, 27 ictimai bulaq istifadəyə verilib. Layihə Cəlilli kəndinin 2275 nəfər əhalisinin gündəlik 180 kubmetr su tələbatının ödənilməsinə imkan yaradacaq.Qeyd edək ki, Tovuz şəhərinin su təchizatı Zəyəmçay məcrasında yerləşən üfüqi suqəbuledici qurğu və Tovuzçay su anbarındakı subartezian quyuları vasitəsilə həyata keçirilir. Şəhərin su və kanalizasiya infrastrukturu üzrə ümumi şəbəkə genişliyi də açıqlanıb.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

İranda “Etimad” qəzeti və redaktoru barədə cinayət işi açılıb

Next Article

Təhlükəli macəra: blogger vəhşi qəbilələrin arasında sağ qaldı

Bəlkə də, sizin üçün maraqlı olar ...;

şagirdlər dərsdə cihazlardan istifadə edə bilməyəcək

Aysel Əlibəyli 29 İyun 2026 · 18:49 1038 baxış Dərs zamanı mobil cihazlara nəzarət güclənir: Yeni qaydalar məktəblərdə tətbiq ediləcək Azərbaycan məktəblərində şagirdlərin mobil telefon və digər elektron cihazlardan istifadəsi ilə bağlı yeni qaydalar təsdiqlənib.Elm […]

Xəzərdə boğulmaların səbəbi naməlum varlıqlardı?

Aysel Əlibəyli 18 İyul 2026 · 15:08 1016 baxış Yay mövsümündə Xəzər dənizində boğulma hallarının artması müxtəlif iddialara səbəb olub. Bəzi sosial şəbəkə paylaşımlarında buna “naməlum varlıqlar”ın səbəb olduğu irəli sürülsə də, mütəxəssislər bu fikri […]

Sürücülük vəsiqəsi qaydaları dəyişdi

Aysel Əlibəyli 22 İyul 2026 · 12:29 1020 baxış DİN sürücülük vəsiqələrinin verilməsi və dəyişdirilməsi qaydalarına dəyişiklik edib Elpress.az xəbər verir ki, Daxili İşlər Nazirliyi sürücülük vəsiqələrinin verilməsi və dəyişdirilməsi ilə bağlı qaydalara dəyişiklik edib. […]