--:--:-- | 25 Oktyabr 2026, Bazar
Son Xəbər
Yüklənir...

Tələbələr üçün süni intellekt təlimi keçirilib

Aysel Əlibəyli 07 Sentyabr 2026 · 16:13 1064 baxış

“AI4Real Bootcamp” proqramında 14 universitetdən 26 tələbə iştirak edib

Elpress.az xəbər verir ki, Azercell-in təşəbbüsü və dəstəyi, ADA Universitetinin təşkilatçılığı ilə keçirilən “AI4Real Bootcamp” intensiv təlim proqramı başa çatıb.Proqramda Azərbaycanla yanaşı, xarici ölkələrin universitetlərində STEAM istiqamətləri üzrə təhsil alan tələbələr iştirak ediblər. Seçim mərhələsindən sonra 14 universiteti təmsil edən 26 tələbə təlimlərə cəlb olunub.İştirakçılar süni intellektin müxtəlif sahələrdə praktiki tətbiqi ilə bağlı biliklər əldə edib, real biznes tapşırıqları üzərində çalışaraq AI texnologiyalarından istifadə etməklə müxtəlif həllər hazırlayıblar. Təlimlər akademik mütəxəssislər və sənaye ekspertlərinin iştirakı ilə təşkil olunub.Proqram çərçivəsində telekommunikasiya sahəsində süni intellektin tətbiqi üzrə real nümunələr təqdim edilib, texnologiyanın biznes üçün yaratdığı imkanlar və praktiki üstünlüklər müzakirə olunub. ADA Universitetinin professor-müəllim heyəti və dəvət olunan ekspertlər də müxtəlif AI həllərinin tətbiqi barədə iştirakçılara məlumat veriblər.İntensiv təlim və praktiki məşğələlər tələbələrin süni intellekt üzrə bilik və bacarıqlarının inkişafı ilə yanaşı, komanda işi, problem həlli və innovativ düşüncə qabiliyyətlərinin formalaşmasına da töhfə verib.Təlimin sonunda iştirakçılara sertifikatlar təqdim olunub. Ən yüksək nəticə göstərən beş tələbə isə yeni tədris ilində Azercell və ADA Universitetinin birgə təşkil edəcəyi hakatonda birbaşa iştirak etmək hüququ qazanıb.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Azərbaycanda pul bazası 24,2 milyard manatı ötüb

Next Article

Azərbaycanın Latviyadakı yeni səfiri etimadnaməsini təqdim edib

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Abşeronda şəhidlər ehtiramla anılıb

Aysel Əlibəyli 21 İyul 2026 · 15:33 1098 baxış Abşeronda şəhidlərin məzarları ziyarət olunub, ailələri ilə görüşlər keçirilib Elpress.az xəbər verir ki, Abşeron rayonunda Vətən müharibəsi şəhidlərinin anım və doğum günləri münasibətilə onların məzarları ziyarət […]

Bakıda məktəblərdə dezinfeksiya işləri görülür

Aysel Əlibəyli 03 Sentyabr 2026 · 11:23 1072 baxış Məktəblərin yeni tədris ilinə hazırlığı çərçivəsində sanitar-gigiyenik tədbirlər həyata keçirilir Elpress.az xəbər verir ki, Bakıda ümumi təhsil müəssisələrinin yeni tədris ilinə hazırlığı davam etdirilir.Hazırlıq çərçivəsində məktəblərdə […]

Yeni metro stansiyalarının piyada əlçatanlıq zonası açıqlanıb

Aysel Əlibəyli 18 Avqust 2026 · 11:30 1084 baxış Stansiyaların ətrafında 800 metrlik piyada əlçatanlıq radiusunun müəyyənləşdirilməsi təklif olunur Elpress.az xəbər verir ki, Metro stansiyalarının şəhər sakinləri üçün piyada əlçatanlığını qiymətləndirmək məqsədilə stansiyaların ətrafında müəyyən […]