--:--:-- | 24 Oktyabr 2026, Şənbə
Son Xəbər
Yüklənir...

Sabah Bakıda yağış yağacaq

Aysel Əlibəyli 28 Sentyabr 2026 · 14:24 1146 baxış

Paytaxtda bəzi yerlərdə leysan və şimşək ehtimalı var

Elpress.az xəbər verir ki, Sentyabrın 29-da Azərbaycanda hava şəraitinin qeyri-sabit keçəcəyi gözlənilir.Bakıda və Abşeron yarımadasında gün ərzində fasilələrlə yağış yağacağı, bəzi ərazilərdə yağıntının qısamüddətli leysan xarakterli olacağı bildirilir. Ayrı-ayrı yerlərdə şimşək çaxacağı ehtimalı da var.Paytaxtda şimal-şərq küləyi əsəcək. Temperatur gecə 17-20, gündüz isə 22-25 dərəcə isti olacaq. Nisbi rütubətin 70-80 faiz təşkil edəcəyi gözlənilir.Ölkənin rayonlarında da bəzi yerlərdə arabir yağış yağacaq. Ayrı-ayrı ərazilərdə yağıntının intensiv və güclü olacağı, şimşək çaxacağı və dolu düşəcəyi ehtimal edilir.Yüksək dağlıq ərazilərdə qar yağacağı, gecə və səhər saatlarında bəzi yerlərdə duman müşahidə olunacağı gözlənilir.Rayonlarda havanın temperaturu gecə 15-19, gündüz 22-27 dərəcə isti olacaq. Dağlıq ərazilərdə gecə 3-6, gündüz isə 6-10 dərəcə isti proqnozlaşdırılır.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Ukrayna Krımda Rusiya hərbi obyektlərinə zərbə endirib

Next Article

Macarıstan parlamenti Baş nazirin toxunulmazlığını ləğv edib

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Şəhid ailəsi üzvlərinə müəllim yeri seçimi imkanı

Aysel Əlibəyli 01 İyun 2026 · 19:24 1205 baxış Şəhid ailəsi üzvləri üçün təşkil olunan müəllimlərin iş yerinin dəyişdirilməsi müsabiqəsinin vakansiya seçimi mərhələsinin nəticələri açıqlanıb. Elpress.az -ın məlumatına görə, bu barədə Məktəbəqədər və Ümumi Təhsil […]

Müəllim — gələcəyin səssiz memarı

Aysel Əlibəyli 05 Oktyabr 2026 · 05:34 1200 baxış Bu gün — 5 oktyabr, Müəllimlər Günüdür. Elpress.az olaraq bütün müəllimləri bu əlamətdar gün münasibətilə səmimi-qəlbdən təbrik edir, onlara şərəfli və məsuliyyətli fəaliyyətlərində uğurlar arzulayırıq. Bəzi […]

Anar İsrafilov vəzifəsindən gedib

Aysel Əlibəyli 19 İyun 2026 · 20:32 1276 baxış Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyində (TƏBİB) kadr dəyişikliyi baş verib. Elpress.az xəbər verir ki, qurumun icraçı direktorunun müavini Anar İsrafilov vəzifəsindən ayrılıb.Bununla bağlı TƏBİB-in İdarə Heyətinin […]