--:--:-- | 25 Oktyabr 2026, Bazar
Son Xəbər
Yüklənir...

Şəhid ailəsi üzvlərinə müəllim yeri seçimi imkanı

Aysel Əlibəyli 01 İyun 2026 · 19:24 1207 baxış

Şəhid ailəsi üzvləri üçün təşkil olunan müəllimlərin iş yerinin dəyişdirilməsi müsabiqəsinin vakansiya seçimi mərhələsinin nəticələri açıqlanıb.

Elpress.az -ın məlumatına görə, bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi məlumat yayıb.Bildirilib ki, mayın 21-22-də keçirilən müsabiqənin nəticələri namizədlərin şəxsi kabinetlərinə göndərilib. İştirakçılar şəxsi səhifələrinə daxil olaraq seçimin nəticələri ilə tanış ola bilərlər.Elektron yerləşdirmənin yekunlarına əsasən, 14 şəhid ailəsi üzvü olan müəllim iş yerini dəyişmək hüququ əldə edib.Növbəti mərhələdə müsabiqədə uğur qazanan namizədlərin sənədləri yoxlanılacaq. Yoxlama prosesi başa çatdıqdan sonra onlar seçdikləri vakant vəzifələrə təyin ediləcəklər.Sənədlərin yoxlanılması ilə bağlı əlavə məlumatların namizədlərin şəxsi səhifələrinə göndəriləcəyi bildirilib.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Pezeşkian: Yaponiya gəmilərinin təhlükəsiz keçidini təmin edəcəyik

Next Article

Bayramov ABŞ-la iqtisadi və enerji əməkdaşlığını müzakirə etdi

Bəlkə də, sizin üçün maraqlı olar ...;

DYP-dən həftəsonu sürücülərə çağırış

Aysel Əlibəyli 18 İyul 2026 · 15:14 1124 baxış DYP həftəsonu yollarda diqqətli olmağa çağırdı Elpress.az xəbər verir ki, Baş Dövlət Yol Polisi İdarəsi həftəsonu və yay mövsümü ilə əlaqədar yol hərəkəti iştirakçılarına müraciət edib.Bildirilib […]

Dini malların gömrükdən keçirilməsi qaydası açıqlanıb

Aysel Əlibəyli 19 Sentyabr 2026 · 15:27 1108 baxış Fiziki şəxslər dini təyinatlı malları hansı şərtlərlə ölkəyə gətirə bilərlər? Elpress.az xəbər verir ki, Fiziki şəxslərin dini təyinatlı malları və dini məzmunlu materialları gömrük sərhədindən keçirməsi […]