--:--:-- | 21 Sentyabr 2026, Bazar ertəsi
Son Xəbər
Yüklənir...

Naxçıvanda şəhid ailələri və qazilərə yeni mənzillər verilib

Aysel Əlibəyli 19 Avqust 2026 · 20:37 1040 baxış

Muxtar respublikada şəhid ailələri və müharibə əlillərinin sosial təminatının gücləndirilməsi davam etdirilir

Elpress.az xəbər verir, Naxçıvan şəhəri və muxtar respublikanın rayonlarında şəhid ailələri və müharibə ilə əlaqədar əlilliyi olan şəxslərin mənzil şəraitinin yaxşılaşdırılması istiqamətində növbəti tədbir həyata keçirilib.Avqustun 19-da bir qrup şəhid ailəsi və müharibə əlili yeni mənzillərlə təmin olunub. Tədbir çərçivəsində dövlətin bu kateqoriyadan olan vətəndaşlara göstərdiyi sosial dəstəyin davam etdirildiyi vurğulanıb.Vətən müharibəsində itkin düşmüş, “Azərbaycan Bayrağı” ordeni ilə təltif edilmiş şəhid İbrahim Vəlizadənin atası Səməd Vəliyev jurnalistlərə açıqlamasında şəhidlərin və qazilərin xatirəsinin daim yaşadılmasının vacibliyini qeyd edib. Onun sözlərinə görə, şəhid ailələri və müharibə iştirakçılarının mənzillə təmin olunması dövlət qayğısının mühüm göstəricilərindən biridir.Səməd Vəliyev bildirib ki, şəhid ailələri, qazilər və müharibə veteranları sosial müdafiə tədbirləri ilə daim əhatə olunurlar. O, bu istiqamətdə həyata keçirilən layihələrin dövlət siyasətinin ardıcıl şəkildə davam etdirildiyini göstərdiyini deyib.Ehtiyatda olan mayor Elçin Allahverdiyev də şəhid ailələri və qazilərə göstərilən diqqətin dövlət siyasətinin əsas istiqamətlərindən biri olduğunu bildirib. Onun sözlərinə görə, Prezident İlham Əliyevin Naxçıvana son səfərindən sonra muxtar respublikada bu kateqoriyadan olan şəxslərin sosial təminatının gücləndirilməsi ilə bağlı bir sıra layihələr həyata keçirilib.Elçin Allahverdiyev ailəsinin yeni mənzillə təmin olunmasının onlar üçün böyük sevinc olduğunu deyib. O, yeni evin ailəsinə gələcəyə daha böyük inamla baxmaq imkanı verdiyini vurğulayıb və göstərilən diqqətə görə təşəkkürünü bildirib.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Naxçıvanda bəzi ərazilərdə elektrik kəsiləcək

Next Article

Göygöldə 23 yaşlı gənc bıçaqlanıb

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Abşeronda şəhidlər ehtiramla anılıb

Aysel Əlibəyli 21 İyul 2026 · 15:33 1060 baxış Abşeronda şəhidlərin məzarları ziyarət olunub, ailələri ilə görüşlər keçirilib Elpress.az xəbər verir ki, Abşeron rayonunda Vətən müharibəsi şəhidlərinin anım və doğum günləri münasibətilə onların məzarları ziyarət […]

İyunun 15-i Üçün Hava Proqnozu

Aysel Əlibəyli 14 İyun 2026 · 12:46 1118 baxış Milli Hidrometeorologiya Xidmətinin növbəti gün üçün hazırladığı hava hesabatı təqdim olunub. Paytaxt və ətraf ərazilərdə göy üzü gah buludlu, gah da açımcaq olacaq. Günün böyük hissəsi […]