--:--:-- | 13 Oktyabr 2026, Çərşənbə axşamı
Son Xəbər
Yüklənir...

Milli Məclis: Şəhidlərin qəhrəmanlığı xalqımızın yaddaşında əbədi yaşayacaq

Aysel Əlibəyli 30 Sentyabr 2026 · 11:53 1062 baxış

Elpress.az xəbər verir ki, Milli Məclis 27 Sentyabr – Anım Günü ilə əlaqədar Bəyanat qəbul edib.


Bəyanatda qeyd olunub ki, 2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsi Azərbaycanın tarixində mühüm dönüş nöqtəsi olub. 44 günlük müharibədə Azərbaycan Ordusunun qazandığı Qələbə nəticəsində Ermənistanın uzun illər işğal altında saxladığı ərazilərin böyük hissəsi azad edilib və regionda yeni reallıqlar formalaşıb.
Sənəddə vurğulanıb ki, tarixi Zəfərin əldə olunmasında Azərbaycanın müdafiə potensialının gücləndirilməsi, müasir və peşəkar ordunun formalaşdırılması, iqtisadi imkanların artırılması və ölkənin beynəlxalq mövqelərinin möhkəmləndirilməsi istiqamətində həyata keçirilən tədbirlər mühüm rol oynayıb.
Bəyanatda Vətən müharibəsində Azərbaycan əsgər və zabitlərinin göstərdiyi qəhrəmanlıq xüsusi qeyd olunub. Bildirilib ki, torpaqların azadlığı uğrunda canından keçən şəhidlərin və sağlamlığını itirən qazilərin fədakarlığı xalqın qəhrəmanlıq tarixinin ən parlaq səhifələrindən biridir.
Milli Məclis həmçinin müharibə zamanı mülki əhalinin hədəfə alınmasını və yaşayış məntəqələrinə edilən hücumları qeyd edərək, nəticədə çoxsaylı insanın həyatını itirdiyini və yaralandığını diqqətə çatdırıb.
Bəyanatda 2023-cü il sentyabrın 19-20-də keçirilən lokal xarakterli antiterror tədbirlərinin də Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin tam bərpasında mühüm mərhələ olduğu bildirilib.
Sənəddə 27 Sentyabr – Anım Gününün xalqın yaddaşında xüsusi yer tutduğu vurğulanıb. Qeyd edilib ki, bu gün Azərbaycanın azadlığının hansı böyük itkilər və fədakarlıqlar hesabına əldə edildiyini xatırladır.
Milli Məclis şəhid ailələrinin və qazilərin sosial müdafiəsinin, tibbi və mənzil təminatının diqqətdə saxlanıldığını da qeyd edib. Şəhidlərin xatirəsinin əbədiləşdirilməsi istiqamətində memorial komplekslərin, abidələrin və digər layihələrin həyata keçirildiyi bildirilib.
Bəyanatın sonunda şəhidlərin xatirəsinə dərin ehtiram ifadə olunub və onların qəhrəmanlığının Azərbaycan xalqının yaddaşında daim yaşayacağı vurğulanıb.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

193 keçmiş məcburi köçkün Cəbrayıl, Xocalı və Xocavəndə yola salınıb

Next Article

İran ABŞ-ın yeddi günlük planla bağlı cavabını alıb

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Su 25 dərəcəyə çatacaq, bəzi ərazilərə xəbərdarlıq edildi

Aysel Əlibəyli 24 İyun 2026 · 19:10 1112 baxış Abşeron çimərliklərində hava əlverişli olacaq: Dəniz suyu isinir, bəzi sahələrdə çirklənmə aşkarlanıb İyunun 25-də Abşeron çimərliklərində hava şəraitinin əlverişli keçəcəyi, dəniz suyunun temperaturunun isə bəzi ərazilərdə […]

Dövlət başçısı Qırğızıstanda işgüzar səfərdə

Aysel Əlibəyli 31 Avqust 2026 · 13:37 1050 baxış Azərbaycan Prezidenti İlham Əliyev işgüzar səfərlə Qırğızıstana yollanıb. Elpress.az-ın məlumatına görə, səfərin əsas məqsədi Şanxay Əməkdaşlıq Təşkilatının Bişkekdə keçiriləcək tədbirlərində iştirakdır. Məlumata əsasən, dövlət başçısının təyyarəsi […]