--:--:-- | 25 Oktyabr 2026, Bazar
Son Xəbər
Yüklənir...

İlham Əliyev Türküstanda “Həzrət Sultan” Muzey-Qoruğu və Xoca Əhməd Yasəvi məqbərəsini ziyarət edib

Elşən 15 May 2026 · 14:36 1140 baxış

Azərbaycan Prezidenti İlham Əliyev mayın 15-də Türk Dövlətləri Təşkilatının qeyri-rəsmi Zirvə görüşü çərçivəsində digər dövlət başçıları ilə birlikdə Türküstan şəhərində yerləşən “Həzrət Sultan” Muzey-Qoruğunu ziyarət edib.

Elpress.az-ın Azərtac-a istinadən verdiyi məlimata görə, Dövlət başçılarına muzey-qoruğun tarixi və fəaliyyəti barədə ətraflı məlumat təqdim olunub. Qeyd edilib ki, 1989-cu ildə yaradılan muzey-qoruq orta əsrlərə aid zəngin tarixi-mədəni irsin qorunması və gələcək nəsillərə çatdırılması məqsədi daşıyır. Burada Türk dünyasının mənəvi dəyərlərini əks etdirən nadir eksponatlar, eləcə də Xoca Əhməd Yasəvinin irsi ilə bağlı qiymətli artefaktlar nümayiş etdirilir. Muzeyin fondunda 26 mindən artıq eksponat saxlanılır.

Daha sonra nümayəndə heyətləri Türküstandakı Xoca Əhməd Yasəvi məqbərəsini ziyarət ediblər. Mərkəzi Asiyanın mühüm memarlıq incilərindən sayılan bu tarixi abidə XIV əsrin sonlarında Əmir Teymurun göstərişi ilə inşa olunub. Məqbərə məşhur sufi alimi və şairi Xoca Əhməd Yasəvinin məzarı üzərində tikilib. Kompleks vahid memarlıq üslubunda qurulub və burada müxtəlif məqsədlər üçün nəzərdə tutulmuş 35-dən çox otaq yerləşir. Tarixi və dini əhəmiyyətinə görə bu məkan İslam dünyasının mühüm mənəvi mərkəzlərindən biri hesab olunur.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Şuşada “Xarıbülbül” festivalı çərçivəsində “Romans və mahnı səhəri” konserti keçirilib

Next Article

Rəşad İsmayılov Laçında vətəndaş qəbulu keçirib

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Sea Breeze-ə yeni ekspres marşrut istifadəyə verilir

Aysel Əlibəyli 17 İyul 2026 · 16:03 1130 baxış AYNA “Koroğlu” ilə Sea Breeze arasında 150E ekspres marşrutunu bərpa edir Elpress.az xəbər verir ki , Yay mövsümündə çimərlik istiqamətində sərnişin sıxlığının artması nəzərə alınaraq paytaxtda […]

Bu il 116 mindən çox şagird məzun olur

Aysel Əlibəyli 11 İyun 2026 · 18:17 1136 baxış Bu il ölkə üzrə 116 min 550 şagird məzun olur Bu il ölkə üzrə 116 min 550 şagird məzun adını qazanır 🎓 Onların 55 min 954-ü […]

Kənan Seyidovun birinci müavini təyin olundu

Aysel Əlibəyli 08 İyul 2026 · 15:20 1140 baxış Telman Hüseynov Əlahiddə Ümumqoşun Ordu komandanı Kənan Seyidovun birinci müavini vəzifəsinə təyin edilib. Elpress.az xeber verir ki, Bununla bağlı müvafiq əmr imzalanıb. Əmrə əsasən, Vətən Müharibəsi […]

Naxçıvanın Əməkdar jurnalisti Məhəbbət Mirzəyeva vəfat edib

Aysel Əlibəyli 11 Oktyabr 2026 · 16:33 1076 baxış Uzun illər mətbuat sahəsində çalışan, “Şərq qapısı” qəzetinin məsul katibi Məhəbbət Mirzəyeva dünyasını dəyişib. Elpress.az xəbər verir ki, bu barədə “Report” məlumat yayıb. Məhəbbət Mirzəyeva jurnalistikadakı […]