--:--:-- | 20 İyul 2026, Bazar ertəsi
Son Xəbər
Yüklənir...

GDT peyvəndi hansı xəstəliklərdən qoruyur?

Aysel Əlibəyli 10 İyun 2026 · 19:16 102 baxış

GDT peyvəndi uşaqları üç təhlükəli yoluxucu xəstəlikdən – göyöskürək, tetanus və difteriyadan qoruyur. Mütəxəssislər bu xəstəliklərin qarşısının alınmasında peyvəndlənmənin ən effektiv vasitə olduğunu bildirirlər.

Göyöskürək Göyöskürək tənəffüs yollarının yüksək yoluxuculuğa malik infeksion xəstəliyidir. Xəstəliyin əsas əlaməti tutmaşəkilli, güclü öskürəkdir. Xüsusilə 2 yaşdan kiçik uşaqlar üçün ciddi təhlükə yaradır.İnkubasiya dövrü adətən 7-14 gün davam edir və infeksiya hava-damcı yolu ilə yayılır. Öskürək tutmaları bəzən qusma ilə müşayiət olunur. Xəstəliyin ən çox rast gəlinən ağırlaşması pnevmoniyadır. Bundan əlavə, qıcolmalar, tənəffüsün dayanması, yırtıqlar və burun qanaxmaları da yarana bilər.Mütəxəssislər qeyd edirlər ki, göyöskürəkdən qorunmağın ən etibarlı yolu vaxtında peyvənd olunmaqdır.

Tetanus Tetanus bakteriyaların ifraz etdiyi toksinlərin təsiri nəticəsində yaranan və ağır əzələ spazmları ilə müşahidə olunan təhlükəli xəstəlikdir. Vaxtında müalicə olunmadıqda ölümə səbəb ola bilər.Xəstəlik qırtlaq spazmı, sümüklərin sınması, ağciyər trombozu, pnevmoniya və tənəffüs çatışmazlığı kimi ağır fəsadlara yol aça bilər.Tetanusun əsas əlamətləri çənə kilidlənməsi, əzələ spazmları, udqunma çətinliyi, qıcolmalar, baş ağrısı, qızdırma və ürək ritminin pozulmasıdır.Tetanus insandan insana keçmir. Bakteriyalar əsasən torpaqda, tozda və heyvan peyinində olur. Onlar kəsik, yara, yanıq və digər dəri zədələri vasitəsilə orqanizmə daxil olur.

Difteriya Difteriya həyati təhlükə yaradan kəskin infeksion xəstəlikdir. Xəstəlik burun tutulması, boğaz ağrısı, udqunma çətinliyi və digər simptomlarla özünü göstərə bilər.Difteriyanın ən təhlükəli tərəfi bakteriyanın ifraz etdiyi toksinlərdir. Bu toksinlər ürək-damar və sinir sisteminə ciddi zərər vuraraq ağır fəsadlara səbəb ola bilir.Həkimlər valideynlərə uşaqların peyvənd təqviminə uyğun olaraq GDT peyvəndi ilə vaxtında immunlaşdırılmasının vacibliyini tövsiyə edirlər.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Belfastda iğtişaşlar: Türklərə məxsus obyektə hücum edildi

Next Article

Tramp yeni İran planını açıqladı

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Küçədə və parkda siqaret çəkmək olarmı?

Aysel Əlibəyli 30 İyun 2026 · 18:23 80 baxış Siqaret istifadəsi ilə bağlı qanunvericilikdə müəyyən edilən məhdudiyyətlər vətəndaşlar arasında tez-tez suallar yaradır. Xüsusilə açıq məkanlarda — küçə və parklarda tütün məmulatlarından istifadənin mümkün olub-olmaması maraq […]

Marco Rubio ilə Hakan Fidan arasında görüş keçirilib.

Aysel Əlibəyli 22 May 2026 · 21:13 83 baxış Marco Rubio NATO xarici işlər nazirlərinin toplantısı çərçivəsində Hakan Fidan ilə bir araya gəlib. Elpress.az -ın Azərtac- a istinadən xəbər verirki tərəflər Ankarada keçiriləcək NATO Zirvə […]