--:--:-- | 22 Sentyabr 2026, Çərşənbə axşamı
Son Xəbər
Yüklənir...

FHN-dən əhalinin maarifləndirilməsi ilə bağlı tədbirlər

Aysel Əlibəyli 18 Avqust 2026 · 11:01 1052 baxış

Bakı və bölgələrdə fövqəladə hallar zamanı davranış qaydaları izah edilib

Elpress.az xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin aidiyyəti qurumları tərəfindən əhalinin fövqəladə hallar zamanı düzgün davranış qaydaları barədə məlumatlandırılması məqsədilə müxtəlif ərazilərdə silsilə maarifləndirmə tədbirləri keçirilib.FHN-in Bakı Regional Mərkəzinin təşkilatçılığı ilə paytaxtın bir sıra tibb müəssisələrində, Gəncə Regional Mərkəzi tərəfindən Gəncə və Daşkəsəndə, Sumqayıt Regional Mərkəzi tərəfindən Abşeron rayonunda, həmçinin digər regional mərkəzlərin əhatə etdiyi rayonlarda tədbirlər təşkil olunub.Maarifləndirmə görüşlərinə FHN-in Dövlət Yanğın Nəzarəti, Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət xidmətlərinin mütəxəssisləri də cəlb ediliblər.Tədbirlər zamanı iştirakçılara təbii və texnogen xarakterli fövqəladə hadisələr, o cümlədən yanğın və zəlzələ zamanı görülməli tədbirlər barədə ətraflı məlumat verilib. Həmçinin FHN-in “112” qaynar xəttinin təyinatı izah olunub və ilkin yanğınsöndürmə vasitələrindən istifadə qaydaları praktiki şəkildə nümayiş etdirilib.Görüşlər interaktiv formatda keçirilib, iştirakçıların sualları cavablandırılıb və fövqəladə hallar zamanı təhlükəsiz davranışla bağlı zəruri tövsiyələr verilib.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Moskva vilayətinə son iki ilin ən böyük dron hücumu olub

Next Article

Qalibaf İraqa səfər edəcək

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Bakı Zooparkı yenidən təşkil olunur

Aysel Əlibəyli 23 İyul 2026 · 13:02 1064 baxış Bakı Zooparkı Sahibsiz Heyvanlara Qayğı Mərkəzinə birləşdiriləcək Elpress.az xəbər verir ki, Baş nazir Əli Əsədovun imzaladığı sərəncama əsasən, Bakı Şəhər Heyvanat Parkı (Zoopark) ləğv edilərək yeni […]

Dayanıqlı şəhərlərin gələcəyi qlobal əməkdaşlıqdan keçir

Elşən 18 May 2026 · 10:19 1101 baxış Müasir dövrdə şəhərlərin üzləşdiyi problemlər dayanıqlı inkişaf məsələsini daha vacib edir. Belə beynəlxalq tədbirlər isə ölkələr və şəhərlər arasında təcrübə və bilik paylaşımını gücləndirən mühüm platforma rolunu […]

15 May – Beynəlxalq İqlim Günü qeyd olunur

Elşən 15 May 2026 · 09:06 1123 baxış Mayın 15-i dünyada Beynəlxalq İqlim Günü kimi qeyd edilir. Elpress.az-ın Azərtac-a istanadən verdiyi məlumata əsasən, bu qeyri-rəsmi ekoloji gün meteoroloqların iqlimin mühafizəsi ilə bağlı çağırışlarından sonra formalaşıb. […]