--:--:-- | 24 Sentyabr 2026, Cümə axşamı
Son Xəbər
Yüklənir...

FHN-də 28 May – Müstəqillik Günü ilə bağlı tədbirlər keçirilib

Aysel Əlibəyli 26 May 2026 · 17:20 1176 baxış

Fövqəladə Hallar Nazirliyinin regional mərkəzlərində 28 May – Müstəqillik Günü münasibətilə silsilə tədbirlər təşkil olunub.

Elpress.az-ın məlumatına əsasən Tədbirlər çərçivəsində əvvəlcə Ümummilli Lider Heydər Əliyevin abidəsi ziyarət edilib, önünə gül dəstələri düzülərək xatirəsi ehtiramla anılıb.Dövlət Himninin səsləndirilməsi ilə başlayan mərasimlərdə Ulu Öndərin, həmçinin Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda həyatını itirən şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.Çıxışlarda bildirilib ki, Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması milli dövlətçilik tariximizin mühüm mərhələsi olmaqla yanaşı, Şərqdə ilk parlamentli respublikanın əsasını qoyub. Qeyd edilib ki, cəmi 23 ay fəaliyyət göstərməsinə baxmayaraq, AXC milli ordu quruculuğu, dövlət atributlarının yaradılması, təhsil sisteminin formalaşdırılması və qadınlara seçki hüququnun verilməsi kimi mühüm addımlarla tarixə düşüb.Natiqlər vurğulayıblar ki, müstəqilliyin yenidən bərpasından sonra Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə Azərbaycanın dövlətçiliyi möhkəmləndirilib, hüquqi-demokratik dövlət quruculuğu istiqamətində mühüm nailiyyətlər əldə olunub.Bildirilib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan daha da güclənərək beynəlxalq arenada nüfuzunu artırıb. Müzəffər Ali Baş Komandanın rəhbərliyi altında Ordumuz torpaqlarımızı işğaldan azad edib və ölkənin suverenliyi tam təmin olunub.Sonda tədbir iştirakçılarına 28 May – Müstəqillik Gününə həsr olunmuş sənədli film nümayiş etdirilib.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Prezidentə təbrik mesajları göndərilir

Next Article

Qubada qadının müəmmalı şəkildə itməsi ilə bağlı axtarış aparılır

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Azərbaycan mediası Qırğızıstana yollandı

Aysel Əlibəyli 31 Avqust 2026 · 11:11 1066 baxış Azərbaycan media nümayəndələri Prezident İlham Əliyevin Qırğız Respublikasına işgüzar səfərini işıqlandırmaq üçün bu ölkəyə səfər ediblər. Elpress.az xəbər verir ki, səfər çərçivəsində media nümayəndələri Prezident İlham […]

Məktəb seçiminə start verildi

Aysel Əlibəyli 21 İyul 2026 · 15:06 1082 baxış Bakıda məktəbəhazırlıq qrupları üzrə məktəb seçiminə başlanılıb Elpress.az xəbər verir ki, Bakıda məktəbəhazırlıq qruplarına qeydiyyat çərçivəsində Azərbaycan bölməsi üzrə məktəb seçimi başlayıb. Tədris digər dillərdə aparılan […]

Binəqədi şosesində yol hərəkəti dəyişdirilir

Aysel Əlibəyli 04 Sentyabr 2026 · 12:39 1040 baxış Binəqədi şosesinin iki kəsişməsində zolaqlar artırılacaq və işıqfor rejimi yenilənəcək Elpress.az xəbər verir ki, Paytaxtın Binəqədi rayonu ərazisində nəqliyyatın hərəkətinin yaxşılaşdırılması və yol təhlükəsizliyinin artırılması məqsədilə […]

Nəzarətsiz sular can almağa dəvət edir

Aysel Əlibəyli 03 Avqust 2026 · 16:25 1062 baxış FHN xəbərdarlıq edir: Bu il qeyri-çimərlik ərazilərdə 40 nəfər suda boğularaq həlak olub Elpress.az xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin (FHN) yaydığı rəsmi məlumata əsasən, 2026-cı […]