--:--:-- | 27 İyul 2026, Bazar ertəsi
Son Xəbər
Yüklənir...

DİN-də 6 ayın yekunlarına həsr olunan Kollegiya iclası keçirildi

Aysel Əlibəyli 09 İyul 2026 · 15:26 1038 baxış

Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyində 2026-cı ilin ilk altı ayının əməliyyat-xidməti fəaliyyətinin nəticələrinə həsr olunmuş Kollegiya iclası keçirilib.

Elpress.az xəbər verir ki, Kollegiya iclasına daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov sədrlik edib. Nazir çıxışında daxili işlər orqanlarının və Daxili Qoşunların cinayətkarlıqla mübarizə, ictimai asayişin qorunması, insan hüquq və azadlıqlarının müdafiəsi istiqamətində üzərlərinə düşən vəzifələri uğurla yerinə yetirdiyini bildirib. O, beynəlxalq və respublika əhəmiyyətli tədbirlərdə, eləcə də işğaldan azad olunmuş ərazilərdə təhlükəsizliyin etibarlı şəkildə təmin edildiyini vurğulayıb.İclasda təqdim olunan hesabatda bildirilib ki, 2026-cı ilin ilk altı ayında ölkə üzrə 15 420 cinayət qeydə alınıb və onların 95,4 faizi daxili işlər və prokurorluq orqanları tərəfindən araşdırılıb. Ötən ilin eyni dövrü ilə müqayisədə ümumi cinayətlərin, ağır və xüsusilə ağır cinayətlərin, oğurluq, dələduzluq, quldurluq, xuliqanlıq, ailə münaqişəsi zəminində törədilən cinayətlərin, eləcə də yol-nəqliyyat hadisələrinin və bu qəzalarda ölənlərin sayında azalma qeydə alınıb. Eyni zamanda, cinayətlərin açılması göstəricilərində də artım müşahidə olunub.Hesabat dövründə həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində 3 013 cinayət açılıb, 4 474 hüquqazidd əməlin qarşısı alınıb, 6 887 nəfər cinayət məsuliyyətinə cəlb edilib. Bundan başqa, 4 ton 318 kiloqram narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb, 3 088 ədəd odlu silah, 337 qumbara və 99 mindən çox patron aşkar olunub. İclasın sonunda Vilayət Eyvazov hüquq qaydasının möhkəmləndirilməsi, cinayətlərin qarşısının alınması, vətəndaş müraciətlərinə daha həssas yanaşılması və vətəndaş məmnunluğunun təmin edilməsi istiqamətində aidiyyəti qurumlara müvafiq tapşırıqlar verib.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Ərdoğan Trampın Ukrayna ilə bağlı təşəbbüsünə dəstək verdi

Next Article

AZAL 6 ayda sərnişin sayını 5 faiz artırdı

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Yasamalda evin qanunsuz sökülməsi iddialarına cavab verildi

Aysel Əlibəyli 30 İyun 2026 · 18:38 1040 baxış Yasamal Rayon İcra Hakimiyyəti sosial şəbəkələrdə yayılan və vətəndaşın evinin qanunsuz şəkildə sökülməsi ilə bağlı səsləndirilən iddialara münasibət bildirib. Yasamal Rayon İcra Hakimiyyəti B. Səfəroğlu küçəsi […]

Qarpızla pendiri birlikdə yemək zərərlidirmi?

Aysel Əlibəyli 17 İyul 2026 · 19:55 1018 baxış Yay aylarında süfrələrin vazkeçilməz ikilisi olan qarpız və pendirin birlikdə istehlakının zərərli olub-olmaması ilə bağlı yayılan fikirlərə həkimlər aydınlıq gətiriblər. Elpress.az xəbər verir ki, Mütəxəssislərin sözlərinə […]

“BakuBus” qadın sürücüləri işə qəbul edəcək

Aysel Əlibəyli 26 İyul 2026 · 21:11 1024 baxış “BakuBus” qadın sürücülərin ictimai nəqliyyat sahəsinə cəlb olunması üçün yeni vakansiya elan edib. Elpress.az xəbər verir ki, “BakuBus” MMC ictimai nəqliyyatda gender bərabərliyinin təşviqi və inklüziv […]