--:--:-- | 09 Avqust 2026, Bazar
Son Xəbər
Yüklənir...

Deputat: Süni intellektdən etik istifadə üçün hüquqi baza təkmilləşdirilir

Aysel Əlibəyli 05 Avqust 2026 · 14:53 1014 baxış

Milli Məclisdə rəqəmsallaşma addımları: Süni intellektdən sui-istifadənin qarşısını almaq üçün qanunvericilik yenilənir

Elpress.az xəbər verir ki, Milli Məclisin deputatı Pərvanə Vəliyeva AZƏRTAC-a açıqlamasında bildirib ki, rəqəmsallaşma sahəsində qanunvericiliyin təkmilləşdirilməsi istiqamətində addımlar atılır. Bu çərçivədə vətəndaş müraciətlərinin elektronlaşdırılması, süni intellektin mənfi istifadəsinin qarşısının alınması üçün Cinayət və İnzibati Xətalar məcəllələrinə, eləcə də uşaqların rəqəmsal mühitdə qorunması məqsədilə “Uşaq hüquqları haqqında” Qanuna dəyişikliklər edilib.Deputat həmçinin Prezident İlham Əliyev tərəfindən təsdiqlənən 2025–2028-ci illər üzrə Süni İntellekt Strategiyasını xatırladaraq, əsas hədəflərdən birinin süni intellektdən etik istifadə qaydalarının hazırlanması olduğunu vurğulayıb. O, fiziki şəxslərin və özəl sektorun bu texnologiyadan müəyyən edilmiş etik çərçivədə yararlanmasının vacibliyini və normativ-hüquqi bazanın daha da təkmilləşdiriləcəyini qeyd edib.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

BTS-in “ARIRANG” albomu Spotify-da 4 milyard dinləməni keçdi

Next Article

Rusiyada dron zavodunun direktoruna sui-qəsd edilib

Bəlkə də, sizin üçün maraqlı olar ...;

DİN-də 6 ayın yekunlarına həsr olunan Kollegiya iclası keçirildi

Aysel Əlibəyli 09 İyul 2026 · 15:26 1052 baxış Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyində 2026-cı ilin ilk altı ayının əməliyyat-xidməti fəaliyyətinin nəticələrinə həsr olunmuş Kollegiya iclası keçirilib. Elpress.az xəbər verir ki, Kollegiya iclasına daxili işlər […]

İmtahana başqasının yerinə girmək istəyən şəxs saxlanıldı

Aysel Əlibəyli 02 İyul 2026 · 17:24 1050 baxış Ali məktəblərə qəbul imtahanı zamanı qayda pozuntusuna yol verməyə çalışan şəxs müəyyən edilərək imtahandan uzaqlaşdırılıb. Hadisə V ixtisas qrupu üzrə keçirilən qabiliyyət imtahanında qeydə alınıb. Elpress.az […]

Güclü küləklə bağlı xəbərdarlıq edildi

Aysel Əlibəyli 19 İyul 2026 · 16:59 1038 baxış Bakıda və bir sıra rayonlarda güclü külək əsəcək Elpress.az xəbər verir ki, Milli Hidrometeorologiya Xidməti iyulun 19-20-də ölkənin bəzi bölgələrində gözlənilən küləkli hava şəraiti ilə bağlı […]

AMEA-nın həqiqi üzvü Əjdər Məcidov vəfat etdi

Aysel Əlibəyli 08 İyul 2026 · 14:41 1058 baxış Azərbaycan elminə dəyərli töhfələr vermiş AMEA-nın həqiqi üzvü, tanınmış akademik Əjdər Məcidov 88 yaşında dünyasını dəyişib. Elpress.az xəbər verir ki, Akademik Əjdər Məcidov bu gün səhər […]