--:--:-- | 25 Oktyabr 2026, Bazar
Son Xəbər
Yüklənir...

Binəqədi şosesində yol hərəkəti dəyişdirilir

Aysel Əlibəyli 04 Sentyabr 2026 · 12:39 1064 baxış

Binəqədi şosesinin iki kəsişməsində zolaqlar artırılacaq və işıqfor rejimi yenilənəcək

Elpress.az xəbər verir ki, Paytaxtın Binəqədi rayonu ərazisində nəqliyyatın hərəkətinin yaxşılaşdırılması və yol təhlükəsizliyinin artırılması məqsədilə yeni dəyişikliklər həyata keçiriləcək.Aparılan təhlillər nəticəsində Binəqədi şosesinin Mehdiabad yolu və Nicat Mustafayev küçəsi ilə kəsişmələrində, xüsusilə pik saatlarda sıxlığın artdığı və yolların mövcud buraxıcılıq imkanlarının kifayət etmədiyi müəyyənləşdirilib.Bu səbəbdən ərazidə yol hərəkətinin təşkili yenidən qurulacaq. Layihəyə əsasən, yol nişanları və nişanlanma xətləri vasitəsilə nəqliyyat axınının istiqamətləndirilməsi həyata keçiriləcək. Kəsişmələrdə hərəkət zolaqlarının sayının artırılması, Əttarlar küçəsindən isə yalnız sağa dönmə imkanının yaradılması planlaşdırılır.Dəyişikliklərin əsas məqsədi yolun buraxıcılıq qabiliyyətini yüksəltmək və nəqliyyat vasitələrinin hərəkəti zamanı yaranan münaqişəli nöqtələri azaltmaqdır.Bundan əlavə, işıqforların fəaliyyət rejimi optimallaşdırılacaq. Əsas istiqamətdə hərəkət edən nəqliyyat vasitələri üçün yaşıl işığın yanma müddətinin artırılması nəzərdə tutulur. Bununla nəqliyyat axınının daha rahat və fasiləsiz hərəkətinin təmin olunması gözlənilir.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Rusiyadan Azərbaycana iki təqsirləndirilən şəxs ekstradisiya olunub

Next Article

ADY 8 ayda 7,3 milyondan çox sərnişin daşıyıb

Bəlkə də, sizin üçün maraqlı olar ...;

“Gənclik Mall”da xəbərdarlıq sistemi işə düşüb

Aysel Əlibəyli 08 Sentyabr 2026 · 16:33 1064 baxış Ticarət mərkəzindəki xəbərdarlıq sisteminin texniki xəta səbəbindən aktivləşdiyi bildirilib Elpress.az xəbər verir ki, “Gənclik Mall” ticarət mərkəzində xəbərdarlıq sistemi texniki nasazlıq səbəbindən qısa müddətə işə düşüb.Hadisə […]

Qarayazı qoruğunun sanitariya-mühafizə zonası təsdiqlənib

Aysel Əlibəyli 16 Sentyabr 2026 · 15:34 1064 baxış Qoruğun sanitariya-mühafizə zonası 3 230,81 hektar ərazini əhatə edəcək Elpress.az xəbər verir ki, Nazirlər Kabinetinin qərarı ilə Qarayazı Dövlət Təbiət Qoruğunun sanitariya-mühafizə zonası təsdiqlənib.Təsdiqlənmiş zona əlavə […]

Avqustun 13-ü üçün hava proqnozu açıqlanıb

Aysel Əlibəyli 12 Avqust 2026 · 13:19 1080 baxış Bakıda hava əsasən yağmursuz, bölgələrdə isə yağışlı olacaq Elpress.az xəbər verir ki, Avqustun 13-də Azərbaycanda hava şəraitinin bəzi ərazilərdə qeyri-sabit keçəcəyi gözlənilir.Bakıda və Abşeron yarımadasında hava […]