--:--:-- | 21 Sentyabr 2026, Bazar ertəsi
Son Xəbər
Yüklənir...

Bakıda 9 marşrut alternativ yola yönləndirildi

Aysel Əlibəyli 14 Avqust 2026 · 18:49 1056 baxış

Bakının Mərdəkan qəsəbəsində aparılan təmir işləri ilə əlaqədar 9 müntəzəm avtobus marşrutunun hərəkət sxemində müvəqqəti dəyişiklik edilib.

Elpress.az xəbər verir ki, Sergey Yesenin küçəsində aparılan təmir işləri səbəbindən nəqliyyat vasitələrinin həmin ərazidə hərəkətinə məhdudiyyət tətbiq olunub.

Məhdudiyyətlə əlaqədar 112, 140, 140E, 141, 144, 146, 182, 340 və 446 nömrəli avtobus marşrutlarının hərəkəti alternativ küçələr üzrə təşkil edilib.Hazırda qeyd olunan marşrutlar Mərdəkan-Qala şosesi, 28 May, Dəmiryolçular, Xəzri və Baba Əliyev küçələri ilə hərəkət edirlər.Təmir işləri başa çatdıqdan və yolun hərəkət üçün tam açılmasından sonra marşrutların əvvəlki hərəkət sxeminə qaytarılması gözlənilir.

Sərnişinlərə səfərlərini planlaşdırarkən sözügedən dəyişiklikləri nəzərə almaları tövsiyə olunur.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Qaradağda palçıq vulkanlarının mühafizəsinə həsr olunan tədbir keçirilib

Next Article

Qubada 4,9 maqnitudalı zəlzələ qeydə alındı

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Azərbaycanda siqaretlərdə qiymət artımı gözlənilir

Aysel Əlibəyli 06 İyun 2026 · 11:52 1160 baxış Ölkədə tütün məmulatlarının satış qiymətində dəyişiklik qeydə alınıb. Elpress.az xəbər verir ki, siqaretlərin pərakəndə satış qiymətində təxminən 30 qəpik civarında artım müşahidə olunur. Qiymət dəyişikliklərinin əsas […]

Subbakalavrların qəbul narazılığı

Aysel Əlibəyli 04 Avqust 2026 · 13:50 1058 baxış Ali məktəblərə imtahansız qəbul qaydaları dəyişdi: Subbakalavrlar narazıdır, DİM-dən cavab gəldi Elpress.az xəbər verir ki, Ölkədə bəzi subbakalavrlar ali təhsil müəssisələrinə qəbul qaydalarındakı son dəyişikliklərdən narazılıqlarını […]