--:--:-- | 21 Sentyabr 2026, Bazar ertəsi
Son Xəbər
Yüklənir...

Bakı-Sumqayıt taksiləri ilə bağlı qayda narazılıq yaradır

Aysel Əlibəyli 18 Avqust 2026 · 11:20 1048 baxış

Taksi sürücülərinin digər şəhərdən geri qayıdarkən sərnişin götürə bilməməsi həm sürücülərə, həm də sərnişinlərə təsir edir

Elpress.az xəbər verir ki, Bakı-Sumqayıt marşrutu üzrə taksi fəaliyyəti zamanı tətbiq olunan qaydalar sərnişin və sürücülər arasında narazılığa səbəb olub.Mövcud tələblərə əsasən, taksinin buraxılış kartı hansı şəhər üzrə verilibsə, sürücü digər şəhərdə sərnişin götürə bilmir. Bu səbəbdən Bakıdan Sumqayıta sərnişin aparan taksilər geri qayıdarkən boş hərəkət etməli olur. Nəticədə sürücülər əlavə yanacaq və vaxt itkisi ilə üzləşir, sərnişinlər isə əks istiqamətdə taksi tapmaqda çətinlik çəkə və daha yüksək gediş haqqı ödəyə bilirlər.Nəqliyyat eksperti Aslan Əsədov bildirib ki, problemin həlli zamanı gediş haqlarının müəyyənləşdirilməsində vahid yanaşmanın tətbiqi vacibdir. Onun sözlərinə görə, şəhərlərarası səfərlərdə yalnız şəhərdaxili tarif deyil, sürücünün geri dönüş zamanı qarşılaşdığı xərclər də nəzərə alınmalıdır.Digər nəqliyyat eksperti Yasin Mustafayev isə qeyd edib ki, tətbiq olunan məhdudiyyətlərin əsas məqsədlərindən biri Bakıda taksi sayını və nəqliyyat sıxlığını azaltmaqdır. Onun sözlərinə görə, əvvəllər paytaxtda təxminən 75 min taksi fəaliyyət göstərirdisə, hazırda bu rəqəm əhəmiyyətli dərəcədə azaldılıb və sayın daha da aşağı salınması planlaşdırılır.Ekspert hesab edir ki, ətraf rayonlarda və Sumqayıtda qeydiyyatda olan taksilərin Bakıda sərbəst fəaliyyət göstərməsinə icazə verilməsi paytaxtda nəqliyyat sıxlığının yenidən artmasına səbəb ola bilər. O bildirib ki, hazırkı nəqliyyat siyasətinin əsas istiqamətlərindən biri insanların fərdi nəqliyyat vasitələrindən və taksidən daha çox ictimai nəqliyyata yönləndirilməsidir.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

İyulda 185,5 min nəfərə ailə başçısını itirməyə görə ödəniş verilib

Next Article

Norveç kralı xəstəxanaya yerləşdirilib

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Sabah hava pisləşəcək: güclü yağış və dolu gözlənilir

Aysel Əlibəyli 30 May 2026 · 12:45 1179 baxış Mayın 31-də bəzi rayonlarda yağış və dolu gözlənilir Sabah Bakıda və Abşeron yarımadasında hava əsasən yağmursuz keçəcək. Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, paytaxtda hava dəyişkən buludlu […]

Bişkekdə İlham Əliyev və Məsud Pezeşkian görüşüb

Aysel Əlibəyli 31 Avqust 2026 · 17:46 1036 baxış Azərbaycan və İran prezidentləri ŞƏT sammiti çərçivəsində bir araya gəlib Elpress.az xəbər verir ki, Avqustun 31-də Qırğızıstanın paytaxtı Bişkekdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə İran […]

XİN Dövlət Suverenliyi Günü ilə bağlı bəyanat yaydı

Aysel Əlibəyli 20 Sentyabr 2026 · 10:21 1022 baxış Azərbaycanın dövlət suverenliyinin tam bərpası regionda yeni siyasi reallığın formalaşmasına və davamlı sülh perspektivlərinin genişlənməsinə şərait yaradıb. Elpress.az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər […]

Miqrasiya Xidməti 6 ayda 9757 inzibati qərar qəbul edib

Aysel Əlibəyli 08 İyul 2026 · 15:04 1082 baxış Dövlət Miqrasiya Xidməti 2026-cı ilin ilk altı ayı ərzində miqrasiya qanunvericiliyinin pozulması ilə bağlı ümumilikdə 9757 inzibati qərar qəbul edib. Dövlət Miqrasiya Xidmətinin yaydığı məlumata görə, […]