--:--:-- | 25 Oktyabr 2026, Bazar
Son Xəbər
Yüklənir...

Azərbaycanın hərbi prokuroru Rusiya və Çin nümayəndələri ilə görüşüb

Aysel Əlibəyli 01 Oktyabr 2026 · 16:08 1082 baxış

Azərbaycanın hərbi prokuroru beynəlxalq təmaslar çərçivəsində Rusiya və Çin hərbi prokurorluğunun rəhbər şəxsləri ilə bir sıra görüşlər keçirib.


Elpress.az xəbər verir ki, görüşlər zamanı hərbi prokurorluq orqanları arasında əlaqələrin hazırkı vəziyyəti və gələcək inkişaf istiqamətləri diqqət mərkəzində olub.
Rusiya tərəfi ilə keçirilən görüşdə peşəkar təcrübənin qarşılıqlı şəkildə paylaşılması, əməkdaşlığın daha da genişləndirilməsi və tərəfləri maraqlandıran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Hərbi prokuror daha sonra Çin Xalq Azadlıq Ordusunun Hərbi Prokurorluğunun baş prokuroru Sun Xiujun ilə də görüşüb.
Görüşdə iki ölkənin hərbi prokurorluq qurumları arasında qarşılıqlı əlaqələrin yaradılması və inkişaf etdirilməsi imkanları müzakirə olunub. Eyni zamanda qanunçuluğun təmin edilməsi istiqamətində təcrübə mübadiləsinin aparılması və gələcək əməkdaşlıq perspektivləri nəzərdən keçirilib.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Zaqatalada yeraltı təkan qeydə alınıb

Next Article

Trampdan İranla bağlı yeni açıqlama: “Bu mümkündür”

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Şəhidlərin adı Cəlilabadın xəritəsinə həkk olundu

Aysel Əlibəyli 08 İyul 2026 · 21:41 1132 baxış Cəlilabad rayonunda şəhidlərin xatirəsinin əbədiləşdirilməsi istiqamətində növbəti addım atılıb. Elpress.az xəbər verir ki, rayonda beş küçəyə Vətən uğrunda canından keçmiş qəhrəman şəhidlərin adları verilib. Bununla bağlı […]

Gəncədə iri ticarət mərkəzi hərraca çıxarıldı

Aysel Əlibəyli 23 İyul 2026 · 12:51 1076 baxış Gəncə şəhərində fəaliyyət göstərən “Gəncə Bazar Ticarət Mərkəzi” satış məqsədilə hərraca çıxarılıb. Elpress.az xəbər verir ki, hərrac avqustun 11-də keçiriləcək. Obyektin ilkin qiyməti 18 milyon 400 […]

Avqustun hava proqnozu açıqlanıb

Aysel Əlibəyli 30 İyul 2026 · 16:52 1082 baxış Avqustda Azərbaycanda isti hava üstünlük təşkil edəcək — temperatur 41°C-yə çatacaq Elpress.az xəbər verir ki, Milli Hidrometeorologiya Xidməti avqust ayı üçün ölkə üzrə gözlənilən hava şəraitinə […]

Azad edilmiş ərazilərdə 269 mina aşkarlanıb

Aysel Əlibəyli 21 Sentyabr 2026 · 16:04 1104 baxış Həftə ərzində 1 840,3 hektar ərazi mina və partlamamış hərbi sursatlardan təmizlənib Elpress.az xəbər verir ki, İşğaldan azad edilmiş ərazilərdə ötən həftə ərzində minatəmizləmə əməliyyatları davam […]