--:--:-- | 17 İyul 2026, Cümə
Son Xəbər
Yüklənir...

Azərbaycanda leysan və sel təhlükəsi: Xəbərdarlıq edildi

Aysel Əlibəyli 03 İyul 2026 · 17:31 36 baxış

Milli Hidrometeorologiya Xidməti yaxın günlərdə ölkənin bir sıra bölgələrində gözlənilən qeyri-sabit hava şəraiti ilə əlaqədar əhaliyə xəbərdarlıq edib.

Milli Hidrometeorologiya Xidməti iyulun 4-dən etibarən ölkə ərazisində hava şəraitinin dəyişəcəyi ilə bağlı rəsmi xəbərdarlıq yayıb. Məlumata əsasən, iyulun 4 və 5-də əsasən dağlıq və dağətəyi rayonlarda, iyulun 6-dan 8-i gündüz saatlarınadək isə bəzi bölgələrdə fasilələrlə yağış yağacağı proqnozlaşdırılır.Sinoptiklərin məlumatına görə, ayrı-ayrı ərazilərdə yağıntının leysan xarakterli və intensiv olacağı, şimşək çaxacağı, həmçinin dolu düşəcəyi ehtimal edilir. Qeyri-sabit hava şəraiti fonunda dağlıq rayonlarda əlverişsiz meteoroloji hadisələrin baş vermə riski də artır.Eyni zamanda, yağıntılar nəticəsində çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından isə qısamüddətli sel keçəcəyi proqnozlaşdırılır. Bu səbəbdən dağlıq və dağətəyi ərazilərdə yaşayan sakinlərə, eləcə də həmin istiqamətlərdə səfər etməyi planlaşdıran vətəndaşlara ehtiyatlı olmaları tövsiyə edilir.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

“Azərbaycanın faydalı bitki ehtiyatları” kitabının I cildi işıq üzü gördü

Next Article

Qəzada həyatını itirən Amal Məlikovun ailəsindən Arzumla bağlı sərt açıqlama

Bəlkə də, sizin üçün maraqlı olar ...;

“Bakının 4 rayonunda qaz olmayacaq”

Aysel Əlibəyli 24 May 2026 · 21:19 72 baxış Sabah Bakının 4 rayonunun bəzi ərazilərində qaz təchizatında fasilə yaranacaq. Bu barədə Elpress.az – a SOCAR-ın “Azəriqaz” İstehsalat Birliyinin Salyan Regional Qaz İstismarı İdarəsindən məlumat verilib.Qeyd […]

Kənd təsərrüfatı naziri Lerikdə vətəndaşları qəbul etdi

Aysel Əlibəyli 03 İyul 2026 · 17:13 28 baxış Kənd təsərrüfatı naziri Məcnun Məmmədov Lerikdə keçirilən qəbul zamanı bir neçə rayonun sakinlərinin müraciətlərini dinləyərək qaldırılan məsələlərin həlli ilə bağlı tapşırıqlar verib. Azərbaycan Prezidenti İlham Əliyevin […]

26 İyun – Azərbaycan Silahlı Qüvvələri Günü

Elşən 25 İyun 2026 · 23:40 66 baxış Bu gün Azərbaycan xalqının qürur mənbəyi olan Silahlı Qüvvələrimizin yaranmasının ildönümüdür. Elpress.az saytı kollektivi olaraq 26 İyun – Azərbaycan Silahlı Qüvvələri Günü münasibətilə Vətənimizin müstəqilliyi, ərazi bütövlüyü […]

Kral Felipe Əliyevə mesaj göndərdi

Aysel Əlibəyli 26 May 2026 · 18:51 144 baxış İspaniya Kralı VI Felipe Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib. Elpress.az apa-a istinadən verdiyi məlumata görə, məktubda Kral Felipe Azərbaycanın Müstəqillik Günü münasibətilə İspaniya hökuməti […]