--:--:-- | 22 Sentyabr 2026, Çərşənbə axşamı
Son Xəbər
Yüklənir...

Azərbaycanda hava kəskin dəyişəcək

Aysel Əlibəyli 29 Avqust 2026 · 16:09 1042 baxış

Bakıda üç gün ərzində yağış və leysan, bölgələrdə isə dolu ehtimalı var

Elpress.az xəbər verir ki, Azərbaycanda avqustun 30-u axşamdan etibarən hava şəraitinin qeyri-sabitləşəcəyi gözlənilir.

Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, yağıntılı hava sentyabrın 1-i səhərədək davam edəcək.

Bakıda və Abşeron yarımadasında həmin müddətdə yağış yağacağı, bəzi vaxtlarda yağıntının leysan xarakteri daşıyacağı proqnozlaşdırılır. Ayrı-ayrı ərazilərdə şimşək çaxacağı, avqustun 31-i axşam isə intensiv və qısamüddətli güclü yağış yağacağı ehtimal edilir.Ölkənin rayonlarında da qeyri-sabit hava şəraitinin sentyabrın 1-dək davam edəcəyi bildirilir. Bəzi ərazilərdə fasilələrlə yağış, ayrı-ayrı yerlərdə isə intensiv leysan, şimşək və dolu gözlənilir.Yağıntıların təsiri ilə çaylarda suyun səviyyəsinin yüksələcəyi, bəzi dağ çaylarında isə qısamüddətli sel hadisələrinin baş verə biləcəyi istisna edilmir.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

“Sabah”ın Çempionlar Liqasındakı oyun tarixləri bəlli olub

Next Article

İldırım səbəbindən Bakı-Naxçıvan reysləri təxirə salınıb

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Bakıda ekspres avtobuslarla bağlı YENİLİK

Aysel Əlibəyli 07 Sentyabr 2026 · 10:46 1028 baxış Elpress.az xəbər verir ki, Bakı Metropoliteninin “İnşaatçılar”, “Nizami” və “28 May” stansiyaları arasında hərəkət edən M2 ekspres avtobus marşrutunda ikinci validator quraşdırılıb. Yeni validator sərnişinlərin avtobusa […]

DİN-də 6 ayın yekunlarına həsr olunan Kollegiya iclası keçirildi

Aysel Əlibəyli 09 İyul 2026 · 15:26 1104 baxış Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyində 2026-cı ilin ilk altı ayının əməliyyat-xidməti fəaliyyətinin nəticələrinə həsr olunmuş Kollegiya iclası keçirilib. Elpress.az xəbər verir ki, Kollegiya iclasına daxili işlər […]

Nəzarətsiz sular can almağa dəvət edir

Aysel Əlibəyli 03 Avqust 2026 · 16:25 1058 baxış FHN xəbərdarlıq edir: Bu il qeyri-çimərlik ərazilərdə 40 nəfər suda boğularaq həlak olub Elpress.az xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin (FHN) yaydığı rəsmi məlumata əsasən, 2026-cı […]