--:--:-- | 25 Oktyabr 2026, Bazar
Son Xəbər
Yüklənir...

Azərbaycanda hakimlərin sayı 800 nəfərə çatdırılacaq

Aysel Əlibəyli 01 Oktyabr 2026 · 21:13 1072 baxış

Azərbaycanda məhkəmə sistemində hakimlərin sayının artırılması nəzərdə tutulur. Məqsəd yaxın müddətdə hakimlərin sayını müəyyən edilmiş ştat sayına çatdırmaqdır.

Elpress.az xəbər verir ki, bunu Ali Məhkəmənin və Məhkəmə-Hüquq Şurasının sədri İnam Kərimov açıqlamasında bildirib.İnam Kərimov qeyd edib ki, məhkəmələrdə iş yükünün səmərəli şəkildə bölüşdürülməsində hakimlərin həm sayı, həm də peşəkarlığı mühüm rol oynayır.Onun sözlərinə görə, hazırda Azərbaycanda hər 100 min nəfərə təxminən 7 hakim düşür. Bu göstərici Avropa ölkələrində orta hesabla 21 nəfərdir. Türkiyədə 100 min nəfərə 19 hakim düşdüyü halda, İtaliya, Fransa və İspaniyada bu rəqəm 11-12 arasında dəyişir. Gürcüstanda isə göstərici 10 hakim təşkil edir.Ali Məhkəmənin sədri bildirib ki, Azərbaycanda hakimlərin sayının qısa müddətdə 800 nəfərə çatdırılması planlaşdırılır.O əlavə edib ki, məhkəmə sistemində qarşıya qoyulan hədəf yalnız hakimlərin sayını artırmaqla məhdudlaşmır. Elektron xidmətlərin və müasir kommunikasiya imkanlarının geniş tətbiqi hesabına insan əməyinə olan ehtiyacın da optimallaşdırılması nəzərdə tutulur.

Qeyd edək ki, İnam Kərimovun müsahibəsi bu gün saat 21:30-da APA İnformasiya Agentliyində və Azad Azərbaycan Televiziyasında yayımlanacaq.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Azərbaycan hərbçisi Ermənistanın Şəki kəndində saxlanılıb

Next Article

Sürücülərin nəzərinə: bu yollarda hərəkət məhdudlaşdırılacaq

Bəlkə də, sizin üçün maraqlı olar ...;

“BakuBus” çimərlik marşrutlarını açıqladı

Aysel Əlibəyli 23 İyul 2026 · 13:11 1102 baxış “BakuBus” çimərliklərə gedən avtobusların siyahısını təqdim edib Elpress.az xəbər verir ki, “BakuBus” yay mövsümü ilə əlaqədar çimərliklərə xidmət göstərən avtobus marşrutlarının siyahısını açıqlayıb. Şirkətin yaydığı məlumata […]

Nizami rayonunda su təchizatı iki gün məhdudlaşdırılacaq

Aysel Əlibəyli 19 Oktyabr 2026 · 11:03 1066 baxış Bakının Nizami rayonunda bəzi ərazilərdə suyun verilməsində müvəqqəti fasilə yaranacaq. Məhdudiyyət oktyabrın 19-dan 21-dək davam edəcək. Elpress.az xəbər verir ki, İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti […]

“20 Yanvar” və Şamaxinkada avtobus dayanacaqları dəyişir

Aysel Əlibəyli 16 Oktyabr 2026 · 15:45 1120 baxış Oktyabrın 19-dan Bakıda bir sıra müntəzəm marşrutların dayanacaq məntəqələri və hərəkət sxemləri yenilənəcək. Dəyişikliklər əsasən “20 Yanvar” metrostansiyası və Şamaxinka ərazisini əhatə edir. Elpress.az xəbər verir […]