--:--:-- | 23 Sentyabr 2026, Çərşənbə
Son Xəbər
Yüklənir...

600-dən çox bal toplayanların bir qismi tibbə qəbul olmayacaq

Aysel Əlibəyli 13 Avqust 2026 · 21:24 1048 baxış

DİM sədri IV qrup üzrə yüksəkballı abituriyentlərin qəbul şansları barədə danışıb

Elpress.az xəbər verir ki, IV ixtisas qrupu üzrə yüksək nəticə göstərən abituriyentlərin hamısının tibb ixtisaslarına qəbul ola bilməyəcəyi gözlənilir.Dövlət İmtahan Mərkəzinin (DİM) sədri Məleykə Abbaszadə bildirib ki, bu il IV qrupda 600-dən yuxarı bal toplayan 1212 abituriyent var. Onların böyük hissəsinin tibb ixtisaslarına müraciət edəcəyi gözlənilir.DİM sədrinin sözlərinə görə, bu abituriyentlərin hamısının xüsusilə müalicə işi ixtisasına qəbul olması mümkün deyil. O qeyd edib ki, ötən il tibb ixtisası üzrə keçid balı yüksək olub və bu il həmin göstəricinin təxminən 20 bal artacağı gözlənilir. 500 baldan yuxarı keçid balı olan digər ixtisaslarda isə artımın təxminən 10 bal təşkil edə biləcəyi proqnozlaşdırılır. Abbaszadə həmçinin bildirib ki, IV qrupda 150 baldan yuxarı nəticə göstərən 5419 nəfər var. Onun sözlərinə görə, abituriyentlər düzgün ixtisas seçimi etsələr, onların böyük əksəriyyətinin ali məktəbə qəbul olmaq şansı olacaq.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

“Qarabağ” “Dinamo”ya qarşı hesabı bərabərləşdirib

Next Article

Gəncədə üç avtomobil toqquşub: xəsarət alanlar var

Bəlkə də, sizin üçün maraqlı olar ...;

MEDİA statistik məlumatların düzgün təqdim edilməsinə çağırdı

Aysel Əlibəyli 20 İyun 2026 · 19:01 1100 baxış MEDİA xəbər və statistik məlumatların yayımında mənbə, metodologiya və kontekstin düzgün göstərilməsinin vacibliyini vurğulayıb. Medianın İnkişafı Agentliyi (MEDİA) mediada statistik məlumatların təqdimatı zamanı məlumatların mənbəyinin, hazırlanma […]

“BakuBus” qadın sürücüləri işə qəbul edəcək

Aysel Əlibəyli 26 İyul 2026 · 21:11 1070 baxış “BakuBus” qadın sürücülərin ictimai nəqliyyat sahəsinə cəlb olunması üçün yeni vakansiya elan edib. Elpress.az xəbər verir ki, “BakuBus” MMC ictimai nəqliyyatda gender bərabərliyinin təşviqi və inklüziv […]

Yeni dərs ilində bir sıra dərsliklər yenilənəcək

Aysel Əlibəyli 27 Avqust 2026 · 13:31 1062 baxış 2026-2027-ci tədris ilində bir sıra fənlər üzrə dərsliklər yenilənmiş məzmunla şagirdlərin istifadəsinə veriləcək. Elpress.az xəbər verir ki, bu barədə Elm və Təhsil Nazirliyi məlumat yayıb.Yeni tədris […]