--:--:-- | 21 Sentyabr 2026, Bazar ertəsi
Son Xəbər
Yüklənir...

59 minə yaxın abituriyent ixtisas seçimini təsdiqləyib

Aysel Əlibəyli 17 Avqust 2026 · 10:37 1042 baxış

Ali məktəblərə qəbul üçün ixtisas seçimi avqustun 19-da başa çatacaq

Elpress.az xəbər verir ki, Ali təhsil müəssisələrinə qəbul olmaq istəyən abituriyent və subbakalavrlar üçün ixtisas seçimi prosesi davam edir.Dövlət İmtahan Mərkəzinin məlumatına görə, avqustun 17-si saat 10:10-a qədər 58 692 nəfər elektron ixtisas seçimi ərizəsini dolduraraq təsdiqləyib.Abituriyentlər qəbul olmaq istədikləri ixtisasları elektron ərizəyə daxil edib avqustun 19-u saat 23:59-dək seçimlərini təsdiqləməlidirlər. Müsabiqədə yalnız ərizəsini təsdiq edən şəxslərin iştirakı mümkün olacaq.DİM bildirir ki, ixtisas seçimi ilə bağlı sualları olan abituriyent və subbakalavrlar ödənişsiz fəaliyyət göstərən “Abituriyent Məsləhət Mərkəzləri”nə müraciət edə bilərlər. Bu mərkəzlər 10 ali təhsil müəssisəsində, DİM-in regional bölmələrinin yerləşdiyi şəhərlərdə və müəyyən edilmiş tarixlərdə 50-dən çox rayonun təhsil sektorlarında fəaliyyət göstərir.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Təbriz-İrəvan aviareysləri bərpa edilir

Next Article

Belqoroda raket zərbəsi: 6 nəfər ölüb

Bəlkə də, sizin üçün maraqlı olar ...;

MİQ imtahanlarının başlanacağı tarix məlum oldu

Aysel Əlibəyli 09 İyul 2026 · 15:03 1078 baxış Müəllimlərin işə qəbulu (MİQ) üzrə müsabiqənin test imtahanı mərhələsinə iyulun 14-dən start veriləcək. Elpress.az xəbər verir ki, Bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin […]

Zaqatalanın Qazangül qəsəbəsində ayı görünüb

Aysel Əlibəyli 20 Sentyabr 2026 · 19:26 1016 baxış Ayı balası gecə saatlarında küçədə sakinlərin kamerasına düşüb Elpress.az xəbər verir ki, Zaqatala rayonunun Qazangül qəsəbəsində ayı müşahidə olunub.Rayon mərkəzinə yaxın ərazidə bir neçə gün əvvəl […]

Naxçıvanda Vl siniflər üzrə monitorinqdə 5 minə yaxın şagird iştirak edib

Aysel Əlibəyli 06 İyun 2026 · 14:23 1155 baxış Təhsilalanların bilik və bacarıqlarının qiymətləndirilməsi məqsədilə ölkədə, o cümlədən Naxçıvan Muxtar Respublikasında Vl siniflər üçün monitorinq keçirilib. Elpress.az-ın Azərtac.az-a istinadən verdiyi məlumata əsasən, Naxçıvanda monitorinq 17 […]