--:--:-- | 22 Sentyabr 2026, Çərşənbə axşamı
Son Xəbər
Yüklənir...

Zaporojye AES-də yanacaq ehtiyatı ilə bağlı xəbərdarlıq

Aysel Əlibəyli 30 Avqust 2026 · 12:35 1036 baxış

Zaporojye Atom Elektrik Stansiyası bir həftədən çoxdur xarici enerji təchizatından məhrumdur

Elpress.az xəbər verir ki, Ukraynadakı Zaporojye Atom Elektrik Stansiyasında enerji təchizatı ilə bağlı vəziyyət narahatlıq doğurur.Beynəlxalq Atom Enerjisi Agentliyinin məlumatına görə, AES artıq bir həftədən çoxdur xarici elektrik enerjisi təminatından məhrumdur və stansiyanın fəaliyyəti fövqəladə dizel generatorları hesabına davam etdirilir.Hazırda stansiyanın altı fəaliyyətsiz reaktorunun soyudulması üçün elektrik enerjisinə ehtiyac var. Mövcud dizel yanacağı ehtiyatının isə təxminən 10 gün üçün kifayət etdiyi bildirilir.Məlumata görə, son altı ay ərzində stansiyadan kənarda yerləşən yanacaq anbarına dizel yanacağı tədarük edilməyib. Bununla yanaşı, cümə axşamı və cümə günü AES-ə alternativ xarici mənbədən dizel yanacağı çatdırılıb.Beynəlxalq Atom Enerjisi Agentliyi qeyd edir ki, stansiyanın xarici enerji təchizatını itirdiyi şəraitdə dizel yanacağının mövcudluğu reaktorların təhlükəsizliyinin təmin olunması baxımından mühüm əhəmiyyət daşıyır.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Filippində daşqınlar 32 nəfərin ölümünə səbəb olub

Next Article

“Qarabağ” braziliyalı yarımmüdafiəçini heyətinə qatıb

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Ankarada NATO-nun 36-cı Zirvə Sammitinə rəsmi start verildi

Aysel Əlibəyli 08 İyul 2026 · 13:37 1114 baxış Türkiyənin paytaxtı Ankara şəhərində NATO-nun 36-cı Zirvə Sammitinin rəsmi açılış mərasimi keçirilib. Elpress.az xəbər verir ki, sammitdə NATO-ya üzv ölkələrin dövlət və hökumət başçıları, eləcə də […]