--:--:-- | 13 Oktyabr 2026, Çərşənbə axşamı
Son Xəbər
Yüklənir...

Yaponiyada dənizin dibində rekord qızıl ehtiyatı aşkarlandı

Aysel Əlibəyli 13 İyul 2026 · 11:02 1074 baxış

Yaponiya sahillərində yerləşən sualtı vulkanik kraterdə indiyədək qeydə alınmış ən yüksək qızıl konsentrasiyası müəyyən edilib.

Elpress.az xəbər verir ki, “Scientific Reports” jurnalında dərc olunan araşdırmaya əsasən, Tokio şəhərindən təxminən 350 kilometr cənubda, İzu adaları yaxınlığındakı Hiqaşi-Aoqaşima kalderasında rekord həcmdə qızıl ehtiyatı aşkarlanıb.Şizuoka, Vaseda və Tokio universitetlərinin alimləri hidrotermal yataqlardan robot qollar vasitəsilə götürdükləri qaya nümunələrini müasir analiz üsulları ilə araşdıraraq okeanın dibində çılpaq gözlə görünməyən “görünməz qızıl” yataqlarını müəyyən ediblər.Tədqiqatın nəticələrinə görə, qızıl hissəcikləri “saxta qızıl” kimi tanınan pirit mineralının daxilində atom və nanopartikül formasında yerləşir. Alimlər bildirirlər ki, bu bölgədəki pirit yataqları hazırda dünyada qeydə alınan ən yüksək qızıl konsentrasiyasına malikdir.Mütəxəssislərin sözlərinə görə, yatağın digər oxşar sahələrə nisbətən daha dayaz dərinlikdə yerləşməsi gələcəkdə hasilat baxımından üstünlük yarada bilər. Bununla yanaşı, onlar dərin dəniz mədənçiliyinin mərcanlar, süngərlər, xərçəngkimilər və digər dəniz canlılarının yaşadığı həssas ekosistemlər üçün ciddi risklər daşıdığını da vurğulayırlar.Hazırda dünyada kommersiya məqsədilə fəaliyyət göstərən dərin dəniz qızıl mədənləri mövcud olmasa da, Yaponiya bu sahədə araşdırmalarını davam etdirir.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Sabah havanın temperaturu 39 dərəcəyədək yüksələcək

Next Article

İranın PUA hücumu zamanı 6 ABŞ hərbçisi ölüb, 60-dan çoxu yaralanıb

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Özgür Özel CHP ilə vidalaşdı

Aysel Əlibəyli 21 İyul 2026 · 16:09 1084 baxış Özgür Özel yeni siyasi partiyanın yaradıldığını elan edib Elpress.az xəbər verir ki, Türkiyənin əsas müxalifət partiyası CHP-nin sabiq sədri Özgür Özel parlamentdə keçirilən qrup toplantısında partiya […]

Cənubi Avropada 50 dərəcə isti gözlənilir

Aysel Əlibəyli 20 İyul 2026 · 17:17 1130 baxış Cənubi Avropa güclü istilik dalğası ilə üz-üzə qala bilər Elpress.az xəbər verir ki, Sinoptiklər yaxın həftələrdə Cənubi Avropada yay mövsümünün ən güclü istilik dalğalarından birinin yaşana […]

Avropada ekstremal hava hadisələri artır

Aysel Əlibəyli 25 İyun 2026 · 16:39 1116 baxış Yeni hesabat iqlim risklərinə diqqət çəkir: Avropa artan qasırğa, fırtına və ekstremal hava hadisələri ilə üz-üzədir Avropa iqlim dəyişikliklərinin təsiri ilə artan ekstremal hava hadisələri ilə […]