--:--:-- | 16 Oktyabr 2026, Cümə
Son Xəbər
Yüklənir...

Venesuela ABŞ-la 25 illik neft sazişinin detallarını açıqlayıb

Aysel Əlibəyli 30 Avqust 2026 · 12:10 1060 baxış

Razılaşmanın 17 yatağı əhatə edəcəyi və hasilatın sutkada 1,5 milyon bareli keçəcəyi bildirilir

Elpress.az xəbər verir ki, Venesuelanın müvəqqəti Prezidenti Delsi Rodrigez ABŞ-la imzalanan 25 illik neft sazişinin əsas şərtlərini açıqlayıb.Onun sözlərinə görə, razılaşma ölkədə yerləşən 17 strateji neft yatağını əhatə edir. Saziş çərçivəsində neft hasilatının sutkada 1,5 milyon bareldən çoxa çatdırılması nəzərdə tutulur.Bildirilib ki, neftin orta qiymətinin bir barel üçün təxminən 65 dollar təşkil edəcəyi halda, Venesuelanın hər bareldən təqribən 19 dollar gəlir əldə etməsi planlaşdırılır. Razılaşma üzrə ölkənin ümumi gəlirlərinin 209 milyard dollardan çox olacağı gözlənilir.Sazişə əsasən, neft yataqlarından 16 faiz royalti tutulacaq, yataqlarda fəaliyyət göstərən şirkətlərin mənfəətinə isə 34 faizlik vergi tətbiq ediləcək.Razılaşma çərçivəsində Venesuela neft ehtiyatlarını, mövcud infrastrukturunu və işçi qüvvəsini təqdim edəcək. ABŞ tərəfinin isə layihələrə maliyyə kapitalı və texnologiya cəlb etməsi nəzərdə tutulur.Venesuela hökuməti hesab edir ki, nəzərdə tutulan investisiyalar yeni iş yerlərinin açılmasına, infrastrukturun yenilənməsinə və sanksiyalar səbəbindən ciddi zərər görən ölkənin neft sənayesinin bərpasına şərait yaradacaq.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

ABŞ İnstitutu: Rusiya Slavyansk istiqamətində hücuma hazırlaşır

Next Article

Gürcüstan-Moskva avtobusu qəzaya uğrayıb: 5 ölü

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Pezeşkian: Xamenei ilə görüş 7 saat davam edib

Aysel Əlibəyli 10 Avqust 2026 · 16:57 1062 baxış İran Prezidenti Ali Rəhbərlə görüşdə ölkənin əsas problemlərinin müzakirə edildiyini bildirib Elpress.az xəbər verir ki, İran Prezidenti Məsud Pezeşkian ölkənin Ali Rəhbəri Seyid Müctəba Xamenei ilə […]

ABŞ lideri: Putin sülhə yaxınlaşır

Aysel Əlibəyli 15 İyul 2026 · 18:23 1142 baxış Donald Tramp Rusiya-Ukrayna münaqişəsi ilə bağlı Putinin yaxın vaxtlarda sülh sazişi imzalaya biləcəyini bildirib Elpress.az xəbər verir ki, ABŞ Prezidenti Donald Tramp Rusiya-Ukrayna münaqişəsinin gələcəyi ilə […]

Tramp: İran rəhbərliyi mühakimə olunmalıdır

Aysel Əlibəyli 31 Avqust 2026 · 17:28 1054 baxış ABŞ Prezidenti İran rəhbərliyini bəşəriyyətə qarşı cinayətlərdə ittiham edib Elpress.az xəbər verir ki, ABŞ Prezidenti Donald Tramp İranın vəziyyəti və ölkə rəhbərliyi ilə bağlı sərt açıqlamalar […]

İranın 6 milyard dolları geri qaytarılır

Aysel Əlibəyli 29 İyun 2026 · 13:08 1130 baxış Sanksiyalar zəifləyir, dondurulmuş vəsaitlər azad olunur: Tehran yeni mərhələdən danışır Elpress.az-ın məlumatına əsasən, İran Prezidenti Məsud Pezeşkian ölkəsinin iqtisadi vəziyyəti və beynəlxalq danışıqlarla bağlı mühüm açıqlamalar […]