--:--:-- | 25 Oktyabr 2026, Bazar
Son Xəbər
Yüklənir...

Valideynlər uşağı avtomobildə unutdu: faciənin qarşısını təsadüfi şahid aldı

Aysel Əlibəyli 29 İyun 2026 · 18:35 1144 baxış

Elpress.az xəbər verir ki, Marseldə yoldan keçən bir qadın çimərlik yaxınlığında park edilmiş avtomobildə tək qalan iki yaşlı uşağı xilas edib.

Xarici mətbuatın məlumatına görə, hadisə havanın temperaturunun 40 dərəcəyə çatdığı vaxt baş verib. Qadın birbaşa günəş şüaları altında dayanan avtomobilin içində azyaşlını görərək vəziyyətin təhlükəli olduğunu anlayıb.

Körpənin həyatının təhlükə altında olduğunu düşünən qadın avtomobilin şüşəsini sındıraraq uşağı nəqliyyat vasitəsindən çıxarıb və dərhal təcili yardım əməkdaşlarına məlumat verib.

İlkin araşdırma zamanı məlum olub ki, uşağın valideynləri əşyalarını götürmək üçün növbə ilə çimərlikdən ayrılıblar. Hər biri körpənin digər valideynin yanında olduğunu düşündüyündən azyaşlı bir müddət avtomobildə tək qalıb.

Hadisədən xəbər tutan valideynlər dərhal geri qayıdıblar.

Məlumata görə, iki yaşlı uşaq tibbi müayinədən keçirilməsi üçün xəstəxanaya aparılıb. Həkimlər onun vəziyyətinin qənaətbəxş olduğunu bildiriblər.

Hazırda hüquq-mühafizə orqanları hadisənin bütün təfərrüatlarını araşdırır. Valideynlərdən izahat alınıb, lakin onlara qarşı hər hansı hüquqi tədbirin görülüb-görülməyəcəyi hələ açıqlanmayıb.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

AMEA-da yeni dövr başlayır: kağız hesabatlar ləğv edilir

Next Article

“Sabah”dan ayrıldı, yeni klubunu seçdi

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Robert Köçəryanın oğlu həbs edildi

Aysel Əlibəyli 26 Avqust 2026 · 10:01 1094 baxış Ermənistanın keçmiş prezidenti Robert Köçəryanın oğlu Sedrak Köçəryan iki aylıq müddətə həbs olunub. Elpress.az xəbər verir ki, bu barədə onun vəkili Aleksandr Koçubayev jurnalistlərə açıqlamasında məlumat […]

Qara dənizdə iki ticarət gəmisinə dron hücumu

Aysel Əlibəyli 06 Oktyabr 2026 · 11:39 1088 baxış Bolqarıstanın Qara dənizdəki müstəsna iqtisadi zonasında iki ticarət gəmisinə dronlarla hücum edilib. Hadisə nəticəsində gəmilərdən biri batıb, digərində isə yanğın baş verib. Elpress.az xəbər verir ki, […]

Tramp Karolin Levittlə bağlı zarafat edib

Aysel Əlibəyli 22 Avqust 2026 · 12:07 1072 baxış ABŞ Prezidenti Ağ Evin keçmiş mətbuat katibinin yeni vəzifəsində də komandasında qalacağını bildirib Elpress.az xəbər verir ki, ABŞ Prezidenti Donald Tramp Ağ Evin mətbuat katibi vəzifəsindən […]

Yer orbitində 33 mindən çox obyekt hərəkət edir

Aysel Əlibəyli 01 İyun 2026 · 22:02 1162 baxış Yerətrafı məkan antropogen çirklənmənin ən sürətlə artdığı sahələrdən biri olaraq qalır. “Space-Track” və ABŞ Kosmik Müşahidə Şəbəkəsinin məlumatına görə, hazırda Yer orbitində 33 min 269 obyekt […]