--:--:-- | 25 Oktyabr 2026, Bazar
Son Xəbər
Yüklənir...

Ukraynada azərbaycanəsilli Timur Tkaçenko Kiyev vilayətinə rəhbər təyin olundu

Aysel Əlibəyli 23 İyul 2026 · 11:54 1118 baxış

Ukraynada azərbaycanəsilli Timur Tkaçenko (Məmmədov) Kiyev vilayətinin rəhbəri vəzifəsinə təyin edilib.

Elpress.az xəbər verir ki, bununla bağlı qərar Ukrayna Nazirlər Kabineti tərəfindən qəbul olunub və təyinat Prezident Volodimir Zelenskinin təqdimatı əsasında təsdiqlənib.

Timur Tkaçenko Ukraynada tanınmış Azərbaycan diaspor nümayəndəsi Firudin Məmmədovun oğludur. O, dövlət idarəçiliyi sahəsində uzun illər fəaliyyət göstərib və müxtəlif məsul vəzifələrdə çalışıb.

Qeyd edək ki, 1989-cu ildə Kiyevdə anadan olan Timur Tkaçenko daha əvvəl Ukraynanın Strateji Sənayelər Nazirliyində nazir müavini, həmçinin Kiyev Şəhər Hərbi Administrasiyasının rəhbəri kimi fəaliyyət göstərib. Yeni təyinatla o, Kiyev vilayətinin idarəçiliyinə rəhbərlik edəcək.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Qlobal bazarlarda qarışıq dinamika

Next Article

AKİ-də sədr seçkisi ilə bağlı mübahisə

Bəlkə də, sizin üçün maraqlı olar ...;

“Qızıl mədənində faciə: Ölənlər var”

Aysel Əlibəyli 24 May 2026 · 21:38 1185 baxış Anqolada şimal-qərb bölgəsindəki qeyri-qanuni qızıl şaxtasında baş verən torpaq sürüşməsi nəticəsində azı 28 nəfər həlak olub. Bu barədə Anqola İnformasiya Agentliyi Benqo vilayətinin yerli hakimiyyət orqanlarına […]

İstanbulda 6 mərtəbəli bina çökdü – dağıntılar altında qalanlar var

Aysel Əlibəyli 08 Oktyabr 2026 · 08:44 1074 baxış Türkiyənin İstanbul şəhərində yaşayış binasının çökməsi nəticəsində əraziyə çoxsaylı axtarış-xilasetmə qrupları cəlb olunub. Elpress.az xəbər verir ki, hadisə şəhərin Maltepe rayonunun Cevizli məhəlləsində baş verib. Altımərtəbəli […]

Monteneqroda saxlanılan “Rybar” təsisçisi Rusiyaya qayıdıb

Aysel Əlibəyli 11 Oktyabr 2026 · 16:03 1084 baxış “Rybar” layihəsinin təsisçisi Mixail Zvinçuk Monteneqrodan deportasiya edildikdən sonra həyat yoldaşı ilə birlikdə Rusiyaya dönüb. Elpress.az xəbər verir ki, onun hava limanında çəkilmiş görüntülərini “Zvezda” telekanalı […]

Aİ sərhədlərində fiziki maneələr təklifi

Aysel Əlibəyli 03 Avqust 2026 · 23:11 1074 baxış Fon der Lyayen Seuta böhranından sonra Aİ-nin xarici sərhədlərinin sərtləşdirilməsinə çağırdı Elpress.az xəbər verir ki, Avropa Komissiyasının sədri Ursula fon der Lyayen Seutada yaşanan kütləvi miqrasiya […]