--:--:-- | 23 Sentyabr 2026, Çərşənbə
Son Xəbər
Yüklənir...

Ukrayna Rusiyanın Yeysk limanına dronlarla zərbə endirib

Aysel Əlibəyli 22 Avqust 2026 · 11:48 1042 baxış

Hücum nəticəsində limanda yanğın baş verib, gəmilərdən birinin zədələndiyi bildirilir

Elpress.az xəbər verir ki, Ukrayna ötən gecə Rusiyanın Krasnodar diyarında yerləşən Yeysk limanına pilotsuz uçuş aparatları ilə hücum edib.“UNIAN”ın məlumatına görə, zərbələr nəticəsində limandakı ən azı bir gəmiyə ziyan dəyib. Hücumun ardından ərazidə genişmiqyaslı yanğın baş verdiyi bildirilib.Eyni gecə Rusiya qüvvələri də Ukrayna ərazisinə genişmiqyaslı hücumlar həyata keçirib. Məlumata görə, zərbələrin əsas istiqamətləri Kiyev və Odessa olub.Ukrayna ərazisinə edilən hücumlar zamanı “Banderol” tipli pilotsuz uçuş aparatlarından və “İskəndər-M” raketlərindən istifadə olunduğu qeyd edilib. Ümumilikdə ölkənin 50-dən çox nöqtəsinin hədəfə alındığı bildirilib.Kiyevdə dəmir yolu infrastrukturuna ballistik raketlə endirilən zərbə nəticəsində isə bir nəfərin öldüyü açıqlanıb.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Bakıda oğurluqda şübhəli bilinən şəxslər saxlanılıb

Next Article

Aİ-də yeraltı qaz anbarlarının doluluğu 62%-ə çatıb

Bəlkə də, sizin üçün maraqlı olar ...;

İran İsrailə ultimatum verdi: Livandan tezliklə çıxın

Aysel Əlibəyli 28 İyun 2026 · 17:47 1144 baxış Elpress.az xəbər verir ki, İran parlamentinin sədri Məhəmməd Baqir Qalibaf ilə Livan parlamentinin spikeri Nəbih Berri arasında telefon danışığı baş tutub. Tərəflər bölgədəki son vəziyyəti, xüsusilə […]

Trampa bənzədilən öküz kəsilməkdən xilas olub

Aysel Əlibəyli 26 İyul 2026 · 21:07 1050 baxış Banqladeşdə Donald Trampa bənzədildiyi iddia edilən albinos öküzün kəsilməsinə icazə verilməyib. Elpress.az xəbər verir ki, Banqladeşdə zahiri görünüşünə görə ABŞ Prezidenti Donald Trampa bənzədildiyi iddia olunan […]