--:--:-- | 13 Oktyabr 2026, Çərşənbə axşamı
Son Xəbər
Yüklənir...

Türkiyə XİN-dən Qara dənizdəki hücumla bağlı bəyanat

Aysel Əlibəyli 04 Avqust 2026 · 14:28 1056 baxış

Qara dənizdə Türkiyə gəmilərinə PUA hücumu: Türkiyə XİN gərginliyin artmasının mənfi nəticələri barədə xəbərdarlıq etdi

Elpress.az xəbər verir ki, Türkiyəyə məxsus “Yaşar” və “Nadezhda” mülki gəmiləri Rusiyanın Novorossiysk limanını tərk etdikdən sonra pilotsuz uçuş aparatlarının (PUA) hücumuna məruz qalıb və hadisə nəticəsində Türkiyə vətəndaşları da daxil olmaqla ekipaj üyələri yaralanıb. Məsələ ilə bağlı bəyanat yayan Türkiyə Xarici İşlər Nazirliyi yaralıların vəziyyətinin diqqətlə izlənildiyini və vətəndaşların təhlükəsizliyinin əsas prioritet olduğunu bildirib.XİN müharibənin Qara dənizdə mülki gəmiçiliyə təsir edəcək şəkildə genişlənməsindən dərin narahatlığını ifadə edərək, qabaqlayıcı tədbirlər görülməzsə, bu gərginliyin ərzaq təhlükəsizliyi daxil olmaqla bir çox sahədə ciddi fəsadlar yaradacağını vurğulayıb. Türkiyə tərəfləri və aidiyyəti aktorları dənizdə naviqasiya təhlükəsizliyini təmin etmək üçün təxirəsalınmaz addımlar atmaya çağırıb.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Əvəzləyici avtobusların gediş haqqı bəlli oldu

Next Article

Nəfəs borusuna qida qaçan iki nəfər vəfat etdi

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Xameneinin dəfni ilə bağlı sensasiyalı iddia

Aysel Əlibəyli 05 İyul 2026 · 20:01 1130 baxış İranın keçmiş ali dini lideri Əli Xameneinin dəfn mərasimi ərəfəsində mümkün izdiham və təhlükəsizlik riskləri ilə bağlı diqqətçəkən iddialar ortaya atılıb. Elpress.az xəbər verir ki, İranın […]

Rubio Livan prezidenti ilə danışdı

Aysel Əlibəyli 19 İyul 2026 · 23:02 1088 baxış Rubio Livan prezidenti ilə İsraillə razılaşmaları müzakirə edib Elpress.az xəbər verir ki, ABŞ dövlət katibi Marko Rubio Livan Prezidenti Cozef Aun ilə Livan və İsrail arasında […]