--:--:-- | 12 Sentyabr 2026, Şənbə
Son Xəbər
Yüklənir...

Tramp Karolin Levittlə bağlı zarafat edib

Aysel Əlibəyli 22 Avqust 2026 · 12:07 1032 baxış

ABŞ Prezidenti Ağ Evin keçmiş mətbuat katibinin yeni vəzifəsində də komandasında qalacağını bildirib

Elpress.az xəbər verir ki, ABŞ Prezidenti Donald Tramp Ağ Evin mətbuat katibi vəzifəsindən ayrılmağa hazırlaşan Karolin Levittin gələcəkdə də onun siyasi komandasında fəaliyyət göstərəcəyini açıqlayıb.Tramp Mirtl-Biçdə keçirilən tədbirdə Levitti səhnəyə dəvət edərək onun fəaliyyətinə görə təşəkkürünü bildirib. ABŞ lideri çıxışı zamanı Levittin yaxın zamanda ana olmasına toxunaraq onunla bağlı zarafat da edib.Tramp Levittin yeni doğulan övladına olan sevgisini qeyd edərək, onun uşağını ABŞ Prezidentindən daha çox sevdiyini və bundan “qəzəbləndiyini” yumorla ifadə edib.Karolin Levitt isə çıxışı zamanı Trampa təşəkkürünü bildirib və Ağ Evin mətbuat katibi kimi fəaliyyət göstərməsini özü üçün böyük şərəf adlandırıb.Qeyd edək ki, Levitt avqustun əvvəlində mətbuat katibi vəzifəsindən ayrılmaq niyyətində olduğunu açıqlayıb. O, qərarını ailəsi və övladları ilə daha çox vaxt keçirmək istəyi ilə əsaslandırıb.Bununla yanaşı, Levitt Ağ Evdəki fəaliyyətini başa vurduqdan sonra Trampın siyasi fəaliyyəti ilə əlaqəli “MAGA Inc.” super siyasi fəaliyyət komitəsində çalışacağını bildirib.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Bibiheybət yolunda motosiklet qəzası baş verib

Next Article

Əcəmi Naxçıvani haqqında filmin çəkilişləri başa çatıb

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Qaqik Tsarukyan barəsində həbs qərarı verildi

Aysel Əlibəyli 07 İyul 2026 · 22:18 1078 baxış Ermənistanda müxalifət lideri həbs olundu: Məhkəmə Tsarukyan barədə qərar çıxardı Elpress.az məlumat verir ki, Ermənistanda müxalif “Çiçəklənən Ermənistan” Partiyasının sədri Qaqik Tsarukyan barəsində məhkəmə tərəfindən iki […]

Finlandiyada nüvə silahı ehtimalı gündəmdə

Aysel Əlibəyli 29 İyun 2026 · 12:33 1150 baxış Finlandiyanın yeni addımı Rusiyanın diqqətində: NATO-nun nüvə çəkindirmə planları genişlənir Elpress.az-ın məlumatına əsasən, NATO-nun Rusiya sərhədlərinə yaxın bölgələrdə hərbi imkanlarını artırması ilə bağlı müzakirələr davam edir. […]