--:--:-- | 21 Sentyabr 2026, Bazar ertəsi
Son Xəbər
Yüklənir...

Suriya İsraillə diplomatik həll axtarır

Aysel Əlibəyli 01 Sentyabr 2026 · 15:35 1054 baxış

Şeybani: İsrailin hücumlarına baxmayaraq, Suriya danışıqlara sadiqdir

Elpress.az xəbər verir ki, Suriya İsrailin davam edən hücumlarına baxmayaraq, tərəflər arasında diplomatik həllin əldə olunması üçün səylərini davam etdirir. Suriyanın xarici işlər naziri Əsəd əl-Şeybani bildirib ki, Dəməşq İsraillə münasibətlərin normallaşdırılması və mövcud problemlərin diplomatik yollarla həlli istiqamətində iş aparır.Nazirin sözlərinə görə, İsrailin Suriyaya qarşı hücumları davam edir. O qeyd edib ki, yalnız iyul ayında 65 belə hadisə qeydə alınıb, avqustun ilk 18 günündə isə hücumların sayı 52 olub.Şeybani Suriyanın diplomatik həll yoluna sadiq qaldığını və bu istiqamətdə ciddi səylər göstərdiyini vurğulayıb. O, həmçinin İsrail tərəfindən bu il 147 suriyalının saxlanıldığını, onlardan 49-nun hələ də həbsdə olduğunu bildirib.Xarici işlər naziri əlavə edib ki, hazırda ABŞ-ın vasitəçiliyi ilə İsraillə danışıqlar aparılır.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Hərbçiləri aldadaraq pul alan şəxslərdən biri həbs edilib

Next Article

Milli Qəhrəman Kazımağa Kərimovun 75 illiyi qeyd edilib

Bəlkə də, sizin üçün maraqlı olar ...;

İranda daha bir məhbusun edam hökmü icra olundu

Aysel Əlibəyli 27 İyun 2026 · 20:34 1126 baxış İranda ölüm cəzasına məhkum edilən şəxs edam edildi İranda daha bir məhbusun edam hökmü icra olunub. Məlumata görə, Semnan həbsxanasında qətl ittihamı ilə ölüm cəzasına məhkum […]

Belfastda iğtişaşlar: Türklərə məxsus obyektə hücum edildi

Aysel Əlibəyli 10 İyun 2026 · 18:36 1110 baxış Böyük Britaniyanın Şimali İrlandiya bölgəsinin paytaxtı Belfastda baş verən iğtişaşlar gündəmin əsas mövzularından birinə çevrilib. Elpress.az xəbər verir ki, şəhərin müxtəlif ərazilərində yaşanan qarşıdurmalar zamanı küçələrdə […]