--:--:-- | 23 İyul 2026, Cümə axşamı
Son Xəbər
Yüklənir...

Rusiyanın Kiyevə zərbələrində ölənlərin sayı 20-yə çatdı

Aysel Əlibəyli 02 İyul 2026 · 17:34 1038 baxış

Rusiyanın Ukraynanın paytaxtı Kiyevə endirdiyi kütləvi hava hücumlarından sonra itkilərin sayı artmaqda davam edir. Rəsmilər axtarış-xilasetmə əməliyyatlarının hələ də davam etdiyini bildirirlər.

Elpress.az xəbər verir ki, Rusiyanın iyulun 2-nə keçən gecədən etibarən Ukraynanın paytaxtı Kiyevə endirdiyi intensiv hava zərbələri ağır itkilərə səbəb olub. Son məlumata görə, hücum nəticəsində həyatını itirənlərin sayı 20 nəfərə yüksəlib.Kiyev Şəhər Hərbi Administrasiyasının rəhbəri Timur Tkaçenkonun verdiyi məlumata əsasən, hücumlar zamanı paytaxtın Obolon, Qoloseyev, Şevçenko, Svyatoşin və Podil rayonlarında yaşayış binaları və mülki infrastruktur obyektləri ciddi zərər görüb. Dağıntılar altında insanların qala biləcəyi ehtimal olunduğundan ölən və yaralananların sayının daha da arta biləcəyi istisna edilmir.Mərhələli şəkildə açıqlanan rəsmi məlumatlarda əvvəlcə 2 nəfərin öldüyü, 16 nəfərin yaralandığı bildirilsə də, sonradan ölənlərin sayı əvvəlcə 8-ə, daha sonra 10-a, 11-ə, 13-ə, 17-yə və nəhayət 20-yə çatıb. Yaralananların sayı isə son məlumata görə 86 nəfərdir. Onlardan 70 nəfəri xəstəxanaya yerləşdirilib.Ukraynanın Fövqəladə Hallar üzrə Dövlət Xidməti və yerli hakimiyyət orqanları hadisə yerində axtarış-xilasetmə işlərinin davam etdiyini, dağıntılar altında qalan insanların xilas edilməsi üçün əməliyyatların fasiləsiz aparıldığını bildiriblər.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Tramp sevdiyi mahnının müəllifini yad etdi

Next Article

“Şamaxı” portuqaliyalı müdafiəçini transfer etdi

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Atəşkəs rəsmiləşdi: “Hizbullah”dan açıqlama

Aysel Əlibəyli 02 İyun 2026 · 00:25 1090 baxış Livanın “Hizbullah” hərəkatı ABŞ-nin təşəbbüsü ilə irəli sürülən və İsraillə qarşılıqlı atəşkəsi nəzərdə tutan təklifə razılıq verdiyini açıqlayıb. Elpress.az Qafqazinfo-ya istinadən verdiyi məlumata görə, bunu hərəkatın […]

Tramp İrana təhdid edir, sonra isə eyni gün ərzində geri addım atır.

Aysel Əlibəyli 19 May 2026 · 11:13 1072 baxış Tramp İrana qarşı sərt təhdidlər səsləndirir, lakin eyni gün ərzində vəziyyətin gərginləşməsi və mümkün nəticələrin ağırlığını nəzərə alaraq geri çəkilərək daha ehtiyatlı mövqe sərgiləyir. Elpress.az-ın xəbərinə […]

Microeledone galapagensis adlı yeni osminoq növü aşkarlandı

Elşən 26 May 2026 · 07:34 1092 baxış Alimlər Qalapaqos adaları sahillərində yeni dərin dəniz osminoq növü aşkarlayıblar. “Microeledone galapagensis” adlandırılan göy rəngli kiçik osminoq ilk dəfə 1773 metr dərinlikdə qeydə alınıb. Araşdırma zamanı mütəxəssislər […]

Donald Trump: Si Cinpinlə görüş böyük uğur oldu

Elşən 16 May 2026 · 08:09 1077 baxış Donald Trump Xi Jinping arasında keçirilən ikigünlük görüşü ABŞ lideri uğurlu qiymətləndirib. Elpress.az-ın məlumatına əsasən, Ağ Evə qayıtdıqdan sonra jurnalistlərə danışan Tramp görüşlərin məhsuldar keçdiyini bildirib. “Çox […]