--:--:-- | 23 Sentyabr 2026, Çərşənbə
Son Xəbər
Yüklənir...

Putin: BMT dünya nizamında mərkəzi rolunu saxlamalıdır

Aysel Əlibəyli 01 Sentyabr 2026 · 14:58 1048 baxış

Rusiya Prezidenti BMT-nin beynəlxalq münasibətlərdə əsas mexanizm olaraq qalmasının vacibliyini vurğulayıb

Elpress.az xəbər verir ki, Rusiya Prezidenti Vladimir Putin BMT-nin gələcəkdə də dünya nizamında mərkəzi rolunu saxlamalı olduğunu bildirib. Putin bunu “ŞƏT plyus” formatında keçirilən görüşdə çıxışı zamanı deyib.Rusiya lideri BMT-nin səkkiz onillik ərzində dialoq, diplomatiya və əməkdaşlıq üçün mühüm platforma olduğunu qeyd edib. Onun sözlərinə görə, təşkilatın mövcud potensialı hələ tam reallaşdırılmayıb.Putin BMT-nin fəaliyyətinin səmərəliliyinin artırılmasının, eləcə də Təhlükəsizlik Şurası da daxil olmaqla təşkilatın qurumlarında Qlobal Cənub və Şərq ölkələrinin təmsilçiliyinin genişləndirilməsinin vacibliyini vurğulayıb.O bildirib ki, BMT dəyişən reallıqlara və qlobal siyasət və iqtisadiyyatda baş verən fundamental dəyişikliklərə uyğunlaşdırılmalıdır. Rusiya Prezidenti həmçinin təşkilatın hər hansı ölkənin və ya dövlətlər qrupunun maraqlarını irəli sürən quruma çevrilməməli olduğunu deyib.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Özbəkistanın Müstəqillik Günü münasibətilə təbrik

Next Article

Prezident: Müttəfiqlik müqaviləsi Azərbaycan-Qırğızıstan münasibətlərini yüksəldib

Bəlkə də, sizin üçün maraqlı olar ...;

ABŞ-də silahlı hücum: Ölən və yaralananlar var

Aysel Əlibəyli 06 Avqust 2026 · 09:55 1048 baxış ABŞ-nin Şimali Karolina ştatında baş verən silahlı hücum insan tələfatına səbəb olub. Elpress.az xəbər verir ki, bu barədə Şimali Karolina Dövlət Təhqiqat Bürosu məlumat yayıb. Məlumata […]

Tramp: “Türkiyə F-35 qırıcılarını alacaq”

Aysel Əlibəyli 08 İyul 2026 · 15:01 1092 baxış ABŞ Prezidenti Donald Trump Türkiyənin yaxın vaxtlarda Lockheed Martin F-35 Lightning II qırıcılarını əldə edəcəyini açıqlayıb. Elpress.az məlumat verir ki, Donald Tramp bu açıqlamanı Ankarada keçirilən […]

Aİ-dən İspaniyaya müdafiə “yaşıl işıq”

Aysel Əlibəyli 12 İyun 2026 · 19:07 1108 baxış Avropa İttifaqı (Aİ) İspaniyanın müdafiə xərclərini artırmasına şərait yaradan xüsusi büdcə mexanizminin tətbiqini rəsmən təsdiqləyib. Elpress.az-ın Azərtac.az-a istinadən verdiyi məlumata əsasən, Avropa İttifaqı (Aİ) İspaniyanın müdafiə […]

İran: “20 nəsil döyüşəcəyik” – Hatəmi

Aysel Əlibəyli 24 Avqust 2026 · 21:13 1046 baxış İran ordusunun komandanı ölkənin istənilən təcavüzə cavab verəcəyini bildirib Elpress.az xəbər verir ki, İran ordusunun komandanı Əmir Hatəmi ölkəsinin hər hansı xarici təcavüzə qarşı mübarizəyə hazır […]