--:--:-- | 27 İyul 2026, Bazar ertəsi
Son Xəbər
Yüklənir...

Paşinyandan Rusiya ilə dəmir yolu müqaviləsi açıqlaması

Aysel Əlibəyli 02 İyul 2026 · 18:15 1044 baxış

Ermənistanın Baş naziri Nikol Paşinyan ölkəsinin Rusiya ilə dəmir yollarının idarə olunmasına dair imzalanmış müqaviləni birtərəfli qaydada ləğv etməyəcəyini bildirib.

Elpress.az xəbər verir ki, Ermənistanın Baş naziri Nikol Paşinyan Rusiya ilə “Cənubi Qafqaz Dəmir Yolu” şirkətinin idarə olunmasına dair mövcud müqavilənin birtərəfli qaydada ləğv edilməsinin gündəmdə olmadığını açıqlayıb. O, bu barədə brifinq zamanı jurnalistlərin suallarını cavablandırarkən danışıb.Paşinyan bildirib ki, Ermənistan hökuməti bu məsələdə mövqeyini dəyişməyib və müqavilənin birtərəfli şəkildə ləğv edilməsi planlaşdırılmır. Bununla yanaşı, o, əvvəlki açıqlamalarından da geri çəkilmədiyini vurğulayıb.Baş nazir qeyd edib ki, mövcud şəraitdə Ermənistan dəmir yollarının idarə olunmasının Rusiya konsessiyasında olması ölkənin rəqabət üstünlüklərinə mənfi təsir göstərir. Onun sözlərinə görə, bu məsələ gələcəkdə də müzakirə mövzusu olaraq qalacaq.Qeyd edək ki, Ermənistan hakimiyyəti son aylarda dəmir yollarının idarə olunmasına dair konsessiyanın üçüncü tərəfə verilməsinin mümkünlüyünü dəstəklədiyini dəfələrlə bəyan edib.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

D’Artanyanın qalıqları ilə bağlı yeni iddia

Next Article

Bakıda Türk Dünyası Milli Kitabxanalarının ilk toplantısı keçirildi

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Trampın yaxın komandası Moskvaya gedə bilər

Aysel Əlibəyli 16 İyun 2026 · 19:38 1064 baxış Kreml ABŞ və İran arasında imzalanması gözlənilən tarixi anlaşma memorandumundan sonra amerikalı danışıqçılar Stiv Uitkoff və Cared Kuşnerin Moskva səfərinin mümkün ola biləcəyini istisna etmir. Bu […]

Belfastda iğtişaşlar: Türklərə məxsus obyektə hücum edildi

Aysel Əlibəyli 10 İyun 2026 · 18:36 1070 baxış Böyük Britaniyanın Şimali İrlandiya bölgəsinin paytaxtı Belfastda baş verən iğtişaşlar gündəmin əsas mövzularından birinə çevrilib. Elpress.az xəbər verir ki, şəhərin müxtəlif ərazilərində yaşanan qarşıdurmalar zamanı küçələrdə […]

Böyük Britaniya “Ryanair”in qaydalarını araşdırır

Aysel Əlibəyli 11 İyun 2026 · 13:45 1062 baxış Böyük Britaniyanın Rəqabət və Bazarlar İdarəsi (CMA) aşağıbüdcəli aviadaşıyıcı Ryanair ilə bağlı araşdırmaya start verib. Elpress.az xəbər verir ki, araşdırma şirkətin valideynlərdən uşaqları ilə yanaşı oturmaq […]

Moskvanın əsas aeroportlarında uçuşlara məhdudiyyət qoyuldu

Aysel Əlibəyli 22 İyun 2026 · 15:06 1098 baxış Rusiyanın paytaxtı Moskvanın bütün əsas hava limanlarında təyyarələrin qəbulu və yola salınması müvəqqəti olaraq dayandırılıb. Elpress.az xəbər verir ki, bu barədə Rusiyanın Federal Hava Nəqliyyatı Agentliyi […]