Çin sərhədi yaxınlığındakı fəlakətdə minlərlə insan itkin düşüb
Elpress.az xəbər verir ki, Nepalın Çinlə sərhəddə yerləşən ərazilərində baş verən güclü sel və torpaq sürüşmələri ağır nəticələrə səbəb olub. Təbii fəlakət nəticəsində ölənlərin sayının 668 nəfərə çatdığı bildirilir.“Sky News”un məlumatına görə, təxminən 2500 nəfərin taleyi hələ də məlum deyil. Fəlakətdən zərər çəkən ərazilərdə axtarış-xilasetmə tədbirləri davam etdirilir.Daşqınlar nəticəsində çoxsaylı körpülər dağılıb, avtomobil yollarına ciddi ziyan dəyib. Xilasetmə əməliyyatlarının həyata keçirilməsi üçün helikopterlərdən də istifadə olunur. Minlərlə insan təhlükəli ərazilərdən çıxarılıb, yardım və xilasetmə işlərinə 15 minə yaxın təhlükəsizlik əməkdaşı cəlb edilib.ABŞ Geoloji Xidmətinin məlumatında qeyd olunur ki, fəlakətdən əvvəl ərazidə 5,2 bal gücündə seysmik hərəkət qeydə alınıb. Mütəxəssislər isə hadisənin dağlıq ərazidə buzlaqların çökməsi və qopan buz kütlələrinin yaratdığı uçqunla əlaqəli olduğunu bildirirlər.


