--:--:-- | 21 Sentyabr 2026, Bazar ertəsi
Son Xəbər
Yüklənir...

MKİ direktoru Tramp-Putin-Zelenski görüşünü təklif edib

Aysel Əlibəyli 30 Avqust 2026 · 11:58 1034 baxış

Con Retkliffin Moskva səfərində Ukrayna müharibəsinin dayandırılması üçün üçtərəfli sammit ideyasını gündəmə gətirdiyi bildirilir

Elpress.az xəbər verir ki, Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) direktoru Con Retkliffin Rusiyaya gizli səfəri zamanı Ukrayna müharibəsinin sona çatdırılması məqsədilə ABŞ, Rusiya və Ukrayna liderlərinin iştirakı ilə üçtərəfli görüş keçirilməsini təklif etdiyi iddia olunur.“Axios”un iki mənbəyə istinadən yaydığı məlumata görə, Retkliff Moskva səfəri çərçivəsində Rusiya kəşfiyyat xidmətlərinin rəhbərləri Sergey Narışkin və Aleksandr Bortnikovla görüşüb. Danışıqların əsas məqsədlərindən birinin Moskvanın ABŞ vasitəçiliyi ilə Kiyevlə danışıqlara qayıtmağa hazır olub-olmadığını müəyyənləşdirmək olduğu bildirilir.ABŞ rəsmilərinin cümə günü Ukrayna Prezidenti Volodimir Zelenskiyə Retkliffin Moskvada apardığı görüşlər və üçtərəfli sammit təklifi barədə məlumat verdiyi qeyd olunur.Məlumata əsasən, Tramp administrasiyası daha əvvəl də Donald Tramp, Vladimir Putin və Volodimir Zelenskinin iştirakı ilə görüş keçirilməsi ideyasını irəli sürüb. Zelenski təklifə müsbət yanaşsa da, Putinin bu təşəbbüsü qəbul etmədiyi bildirilir.“The New York Times” isə Retkliffin Rusiya Federal Təhlükəsizlik Xidmətinin rəhbəri Aleksandr Bortnikovla görüşündə müharibənin gedişatı ilə bağlı pessimist qiymətləndirmə təqdim etdiyini və Moskvanı vəziyyət daha da ağırlaşmadan razılaşmaya nail olmağa çağırdığını yazıb.ABŞ Prezidenti Donald Tramp Retkliffin Moskva səfərini “standart iş” kimi qiymətləndirib. MKİ isə məsələ ilə bağlı açıqlama verməkdən imtina edib.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Azərbaycan XİN Türkiyəni Zəfər bayramı münasibətilə təbrik edib

Next Article

Dağlıq rayonlarda yağış və leysan qeydə alınıb

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Faracın partiyası Britaniya siyasətini silkələyir

Aysel Əlibəyli 27 May 2026 · 14:30 1146 baxış Naycel Faracın rəhbərlik etdiyi ifrat sağçı siyasi partiya son dövrlərdə artan dəstək və ictimai müzakirələr fonunda Britaniya siyasətinin əsas gündəm mövzularından birinə çevrilərək, ölkənin siyasi mərkəzində […]

“Patriot” istehsalçıları Ukrayna lisenziyasından narahatdır

Aysel Əlibəyli 10 Avqust 2026 · 00:07 1040 baxış KİV: “Lockheed Martin” və “Raytheon” “Patriot” istehsalının Ukraynaya verilməsinə qarşıdır Elpress.az xəbər verir ki, ABŞ-ın “Patriot” hava hücumundan müdafiə sistemlərini istehsal edən “Lockheed Martin” və “Raytheon” […]

Küveyt İrandan buraxılan hədəflərin vurulduğunu açıqladı

Aysel Əlibəyli 16 İyul 2026 · 00:27 1064 baxış Küveyt Silahlı Qüvvələri hava məkanında 4 raket və 21 pilotsuz uçuş aparatının zərərsizləşdirildiyini bildirib Elpress.az xəbər verir ki , Küveyt Silahlı Qüvvələri ölkənin hava məkanında İrandan […]

ABŞ neftlə bağlı yeni proqnoz açıqladı

Aysel Əlibəyli 10 İyun 2026 · 12:17 1116 baxış ABŞ-nin Enerji İnformasiya Administrasiyası (EIA) neft qiymətləri ilə bağlı yenilənmiş proqnozunu təqdim edib. Elpress.az AZƏRTAC-a istinadən xəbər verir ki, qurumun qiymətləndirməsinə əsasən, 2026-cı ildə “Brent” markalı […]