--:--:-- | 16 Oktyabr 2026, Cümə
Son Xəbər
Yüklənir...

Yaponiyada güclü yağışla bağlı xəbərdarlıq edilib

Aysel Əlibəyli 30 Avqust 2026 · 12:17 1068 baxış

Fukui prefekturasında 111 minə yaxın sakinə təxliyə çağırışı olunub

Elpress.az xəbər verir ki, Yaponiyanın Fukui prefekturasında yağan güclü yağışlar səbəbindən təbii fəlakət riski artıb və əhaliyə xəbərdarlıq edilib.“Kyodo”nun məlumatına görə, Fukui, Ono və Katsuyama şəhərlərində əvvəlcə güclü yağışla bağlı ən yüksək – 5-ci səviyyəli xəbərdarlıq qüvvəyə minib. Daha sonra xəbərdarlıq 4-cü səviyyəyə endirilib. Buna baxmayaraq, təhlükəli ərazilərdə yaşayan sakinlərə təxliyə olunmaları tövsiyə edilib.Güclü yağıntılar nəticəsində bəzi yollar və yaşayış evləri su altında qalıb, çaylarda suyun səviyyəsi əhəmiyyətli dərəcədə yüksəlib. Beş bələdiyyədə təxminən 111 min nəfərə təhlükəsiz ərazilərə köçmək çağırışı edilib.Katsuyama, Sakai və Fukui şəhərlərində bazar günü səhərədək yağıntının miqdarı 300 millimetrdən çox olub. Sakai şəhərində su səviyyəsinin yüksəlməsinin qarşısını almaq üçün bənddən əlavə su buraxılması da nəzərdən keçirilir.Meteoroloqlar qeyri-sabit atmosfer şəraiti ilə əlaqədar Yaponiyanın qərbindən şərqinə qədər geniş ərazidə güclü yağışların davam edəcəyini proqnozlaşdırırlar. Hokuriku regionunda 24 saat ərzində 120 millimetrədək, Çuqoku regionunda isə 80 millimetrədək yağıntı düşə biləcəyi bildirilir.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Gürcüstan-Moskva avtobusu qəzaya uğrayıb: 5 ölü

Next Article

Cəlilabadda ikimərtəbəli ev tamamilə yanıb

Bəlkə də, sizin üçün maraqlı olar ...;

ABŞ Ermənistana hərbi maliyyələşməni artırıb

Aysel Əlibəyli 23 Sentyabr 2026 · 13:19 1088 baxış 2024-cü ildə İrəvana hərbi məqsədlər üçün 8,1 milyon dollardan çox vəsait ayrılıb Elpress.az xəbər verir ki, ABŞ-ın Ermənistana hərbi məqsədlər üçün ayırdığı vəsaitin həcmi 2024-cü maliyyə […]

ABŞ ordusu Avropada yeni yerləşdirmə planı hazırlayır

Elşən 20 May 2026 · 07:38 1150 baxış ABŞ ordusunun Avropadakı döyüş briqada qruplarının sayını azaltmaq qərarı qəbul edib. Elpress.az-ın məlumatına əsasən, bu barədə Pentagon sözçüsü Sean Parnell açıqlama verib. Parnell bildirib ki, qərar ABŞ […]

Çin-Nepal sərhədində daşqın: 17 nəfər ölüb

Aysel Əlibəyli 26 Avqust 2026 · 16:46 1070 baxış Daşqın sərhəd-keçid məntəqəsini dağıdıb, yüzlərlə insan yaralanıb Elpress.az xəbər verir ki, Nepalda baş verən güclü daşqınlar Çinlə sərhəddə yerləşən Rasuva bölgəsinə ciddi ziyan vurub. Təbii fəlakət […]

Haluk Levent barəsində saxlanılma qərarı verildi

Aysel Əlibəyli 12 İyul 2026 · 20:53 1116 baxış Türkiyədə Ahbap Dərnəyi ilə bağlı aparılan istintaq çərçivəsində tanınmış müğənni Haluk Levent haqqında saxlanılma qərarı çıxarılıb. Elpress.az xəbər verir ki , İstanbul Respublika Baş Prokurorluğunun Ahbap […]