--:--:-- | 25 Oktyabr 2026, Bazar
Son Xəbər
Yüklənir...

Lavrov: Almaniya yenidən müharibə istəyir

Aysel Əlibəyli 06 Sentyabr 2026 · 16:56 1052 baxış

Rusiya XİN rəhbəri Leypsiq hava limanındakı insidentlə bağlı ittihamları “əsl müharibənin başlanğıcı” adlandırıb

Elpress.az xəbər verir ki, Rusiya xarici işlər naziri Sergey Lavrov Almaniyanın Rusiyaya qarşı mövqeyini sərt şəkildə tənqid edib.Lavrov Leypsiq/Halle hava limanında baş verdiyi bildirilən dron insidenti ilə bağlı Moskvanın məsuliyyət daşıması barədə Qərbin ittihamlarını “əsl müharibənin başlanğıcı” kimi qiymətləndirib. Almaniya isə hadisə ilə bağlı Rusiyanı məsul hesab etdiyini açıqlayıb.

Rusiya XİN rəhbəri Berlinin diplomatik nümayəndəliklərlə bağlı son addımlarını da tənqid edərək, Almaniyanın “yenə müharibə istədiyini” iddia edib. O, tarixin dərslərinin nəzərə alınmadığını bildirib.Lavrovun sözlərinə görə, Rusiya rəhbərliyi baş verənlərlə bağlı müvafiq nəticələr çıxaracaq. O, həmçinin bəzi müasir avropalı siyasətçilərin gələcəkdə siyasi səhnədən uzaqlaşdırılacağını iddia edib.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Qubada ağır qəza: 1 nəfər ölüb, 2 nəfər yaralanıb

Next Article

Ekspert: Şuşanın qayalarında yazılar yazılmamalıdır

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Qara dənizdə konteyner gəmisi batırılıb

Aysel Əlibəyli 01 Avqust 2026 · 14:01 1074 baxış Ukrayna dəniz dronlarının hücumundan sonra “Rosatom”a məxsus gəmi batıb Elpress.az xəbər verir ki, Qara dənizdə “Rosatom” Dövlət Korporasiyasına məxsus konteyner gəmisi Ukraynanın dəniz pilotsuz aparatlarının hücumuna […]