--:--:-- | 09 Oktyabr 2026, Cümə
Son Xəbər
Yüklənir...

Kreml: Rusiya, ABŞ və Ukrayna arasında görüş keçirilə bilər

Aysel Əlibəyli 25 Sentyabr 2026 · 14:38 1064 baxış

Dmitri Peskov üçtərəfli görüşün yaxın zamanda baş tuta biləcəyini bildirib

Elpress.az xəbər verir ki, Rusiya, ABŞ və Ukrayna nümayəndələrinin iştirakı ilə üçtərəfli görüşün yaxın vaxtlarda keçirilməsi gündəmdədir.Bu barədə Kremlin rəsmi nümayəndəsi Dmitri Peskov məlumat verib. Onun sözlərinə görə, belə bir görüşün tezliklə baş tutması mümkündür. Bununla yanaşı, Peskov görüşün keçirilməsi ilə bağlı hələlik konkret məlumatın olmadığını vurğulayıb.Kremlin sözçüsü həmçinin Rusiya prezidentinin xüsusi nümayəndəsi Kirill Dmitriyevin ABŞ tərəfinin nümayəndələri ilə əlaqələri davam etdirdiyini bildirib. O, Dmitriyevin səfərinin nəticələri barədə danışmaq üçün hələ tez olduğunu qeyd edib.Ukrayna Prezidenti Volodimir Zelenski isə Kiyev və Vaşinqtonun Brüssel və Moskva ilə məsləhətləşmələri davam etdirəcəyini və əldə olunan nəticələri 10 gün ərzində müzakirə edəcəklərini açıqlayıb.Zelenskinin sözlərinə görə, ABŞ Əbu-Dabidə Rusiya, ABŞ və Ukrayna arasında üçtərəfli texniki görüşün keçirilməsini təklif edib. Görüşün dəqiq tarixi isə hələ müəyyənləşdirilməyib.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

AYİB: Azərbaycan sənaye zonalarında yeni mərhələyə keçir

Next Article

ABŞ rəsmisi: TRIPP geostrateji risklərin azaldılmasına xidmət edir

Bəlkə də, sizin üçün maraqlı olar ...;

İraq nefti Suriya üzərindən daşınır

Aysel Əlibəyli 19 İyul 2026 · 17:06 1096 baxış İraq neft ixracında Suriya marşrutundan istifadəsini artırır Elpress.az xəbər verir ki, İraq Hörmüz boğazı ətrafında yaranmış gərginlik fonunda neft məhsullarının ixracı üçün Suriya üzərindən yük avtomobilləri […]

İtaliyada 6 milyon avroluq kakao daşıyan Türk TIR-ı qarət edildi

Aysel Əlibəyli 18 Sentyabr 2026 · 10:24 1084 baxış Elpress.az xəbər verir ki, Antalya mərkəzli logistika şirkətinə məxsus, təxminən 6 milyon avro dəyərində kakao daşıyan Türk TIR-ı İtaliyanın Bari şəhəri yaxınlığında silahlı şəxslərin hücumuna məruz […]

Rusiya ərazisində strateji obyektlərə zərbələr

Aysel Əlibəyli 04 İyun 2026 · 18:49 1185 baxış Ukrayna Müdafiə Qüvvələri Krım yarımadasında Rusiyanın sərhəd nəzarət gəmisinə qarşı əməliyyat həyata keçirib, eyni zamanda işğal olunmuş bölgələrdəki obyektləri və Rusiya ərazisində yerləşən barıt zavodu ilə […]