Oğrular 3 min illik “Villena Xəzinəsi”nin əksər hissəsini aparıblar
Elpress.az xəbər verir ki, İspaniyanın Villena şəhərində yerləşən muzeydə diqqətçəkən oğurluq hadisəsi baş verib. Naməlum şəxslər binaya pəncərədən daxil olaraq Tunc dövrünə aid qiymətli kolleksiyanın böyük hissəsini aparıblar.Hadisə zamanı muzeyin təhlükəsizlik sistemi saat 05:20-də siqnal verib. Cəmi dörd dəqiqə sonra, saat 05:24-də oğruların binanı tərk etdiyi müəyyənləşdirilib.Muzeydə nümayiş etdirilən “Villena Xəzinəsi” 66 qədim artefaktdan ibarət olub. Təxminən 3 min il yaşı olan kolleksiyaya əsasən qızıldan hazırlanmış bilərziklər, kasalar, qablar və digər zinət əşyaları daxildir.Villena şəhərinin merinin sözlərinə görə, kolleksiyadakı əşyalardan yalnız birinin dəyəri təxminən 1,7 milyon avro qiymətləndirilir. Bununla belə, mer xəzinənin tarixi və mədəni əhəmiyyətinin maddi dəyərlə ölçülə bilməyəcəyini vurğulayıb.Hadisə ilə bağlı araşdırma aparılır və oğurlanan artefaktların axtarışı davam etdirilir.


