--:--:-- | 13 Sentyabr 2026, Bazar
Son Xəbər
Yüklənir...

İran ABŞ hərbi bazalarının fəaliyyətini bərpa etməsinə icazə verməyəcək

Aysel Əlibəyli 17 Avqust 2026 · 09:51 1042 baxış

İran ABŞ-ın Yaxın Şərqdəki hərbi bazalarının əvvəlki vəziyyətinə qayıtmasına icazə verməyəcəyini açıqlayıb.

Elpress.az xəbər verir ki, bu barədə İran ordusunun komandanı, general-leytenant Əmir Hatəmi “Tasnim” agentliyinə açıqlamasında bildirib.Onun sözlərinə görə, ABŞ hərbi bazalarının əvvəlki fəaliyyət rejiminə qayıtması mümkün deyil və İran buna yol verməyəcək.

General-leytenant qeyd edib ki, ABŞ artıq Hörmüz boğazından kənarlaşdırılıb. O, həmçinin Vaşinqtonun Fars körfəzi, Oman dənizi və Hörmüz boğazına daxil olmasına icazə verilmədiyini bildirib.Xatırladaq ki, ABŞ və İsrailin İrana qarşı hərbi əməliyyatları fonunda bölgədə gərginlik artıb. Tərəflər arasında əldə olunan razılaşmalara baxmayaraq, sonrakı mərhələdə qarşılıqlı ittihamlar davam edib.

İran Xarici İşlər Nazirliyinin nümayəndəsi İsmayıl Bəqai isə daha əvvəl İran və Oman arasında Hörmüz boğazından keçən yeni marşrutla bağlı koordinasiyanın aparıldığını açıqlayıb. O, boğazın açılmasının ABŞ-ın bölgədəki addımlarından asılı olduğunu bildirib.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Böyük Qayıdış davam edir: daha 142 nəfər doğma yurduna köçürüldü

Next Article

General-mayor Abbasəli Novruzov dəfn olunub

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Xi Jinping Şimali Koreyaya nadir səfər edir

Aysel Əlibəyli 06 İyun 2026 · 14:07 1160 baxış Xi Jinping gələn həftə Şimali Koreyaya səfər edəcək və bu, təxminən 7 ildən sonra onun ilk səfəri olacaq. Səfər çərçivəsində o, Kim Jong Un ilə görüşəcək. […]

“İmzaya Soyuq Baxış: Müqavilə Həvəsi Azalıb”

Aysel Əlibəyli 11 İyun 2026 · 18:21 1098 baxış Donald Trump-dan İran razılaşması etirafı: “Marağım son həftələrdə xeyli azalıb” Donald Trump-dan diqqət çəkən açıqlama: “Müqavilə bağlamağa həvəsim 3–4 həftə əvvələ nisbətən azalıb” 📰ABŞ Prezidenti bildirib […]