--:--:-- | 24 Oktyabr 2026, Şənbə
Son Xəbər
Yüklənir...

İflas edən aviaşirkətin təyyarələri səhrada saxlanılır

Aysel Əlibəyli 05 İyul 2026 · 19:49 1154 baxış

ABŞ-nin fəaliyyətini dayandıran aşağıbüdcəli “Spirit Airlines” aviaşirkətinə məxsus onlarla təyyarə Arizona ştatındakı səhra hava limanlarına yerləşdirilib.

Elpress.az xəbər verir ki, ABŞ-nin aşağıbüdcəli aviaşirkəti “Spirit Airlines” fəaliyyətini tam dayandırdıqdan sonra şirkətə məxsus onlarla təyyarə Arizona ştatındakı səhra hava limanlarında saxlanılmağa başlanılıb.Məlumata görə, şirkətin parlaq sarı rəngli “Airbus A320” və “Airbus A321” tipli təyyarələri quru iqlimə malik “Goodyear” və “Marana” hava limanlarına köçürülüb. Mütəxəssislər bildirirlər ki, aşağı rütubət səviyyəsi təyyarələrin paslanmasının qarşısını aldığı üçün bu ərazilər uzunmüddətli saxlanma baxımından əlverişli hesab olunur.Təyyarələrin daşınmasını həyata keçirən “Nomadic Aviation Group” şirkətinin rəhbəri Bob Allen bildirib ki, bu prosesə işsiz qalan keçmiş “Spirit Airlines” pilotları da cəlb olunub. Onun sözlərinə görə, son həftələr ərzində müxtəlif şəhərlərdən Arizonaya onlarla təyyarə köçürülüb.Qeyd olunub ki, hər bir təyyarənin mühərrikinin dəyəri 15–20 milyon dollar arasında dəyişir. Şirkət həmin təyyarələri yenidən rənglədikdən sonra digər aviaşirkətlərə satmağı və ya icarəyə verməyi planlaşdırır.Bundan əlavə, “Spirit Airlines” iflas proseduru çərçivəsində ümumi dəyəri təxminən 630 milyon dollar olan 27 təyyarənin satışına məhkəmədən icazə istəyib. Satışdan əldə ediləcək vəsaitin şirkətin borclarının ödənilməsinə yönəldilməsi nəzərdə tutulur.Qeyd edək ki, aviaşirkət pandemiyadan sonra artan əməliyyat xərcləri, yüksək borc yükü, uğursuz birləşmə cəhdləri və yanacaq qiymətlərinin bahalaşması səbəbindən ciddi maliyyə böhranı ilə üzləşmişdi. Kreditorlarla razılıq əldə olunmadığından şirkət fəaliyyətini tam dayandırıb və nəticədə təxminən 17 min əməkdaş işsiz qalıb.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Sabah hava 34 dərəcəyədək isinəcək

Next Article

Basketbol millimiz seçmə mərhələni məğlubiyyətlə başa vurdu

Bəlkə də, sizin üçün maraqlı olar ...;

ABŞ Ukraynaya kəşfiyyat dəstəyi verir

Aysel Əlibəyli 09 Avqust 2026 · 23:53 1070 baxış KİV: Vaşinqton Rusiyanın enerji obyektlərinə zərbələr üçün Kiyevə məlumat ötürür Elpress.az xəbər verir ki, ABŞ-ın Ukraynaya Rusiyanın enerji infrastrukturu və ölkədəki Rusiya hərbi mövqelərinə qarşı zərbələr […]

Qazaxıstanda orkestri robot dirijor idarə edib

Aysel Əlibəyli 12 Sentyabr 2026 · 08:52 1068 baxış Elpress.az xəbər verir ki, Qazaxıstan Milli Qurmanqazı Xalq Alətləri Orkestrinin yeni konsert mövsümünün açılışında maraqlı texnoloji nümayiş keçirilib. 93-cü konsert mövsümünün ilk proqramında süni intellekt və […]

Bu gün Ümumdünya Qaçqınlar Günü qeyd olunur

Aysel Əlibəyli 20 İyun 2026 · 09:26 1114 baxış Hər il iyunun 20-də dünyada World Refugee Day qeyd olunur. Elpress.az xəbər verir ki, BMT Baş Məclisinin 2000-ci ildə qəbul etdiyi qətnaməyə əsasən təsis edilən bu […]