--:--:-- | 25 İyul 2026, Şənbə
Son Xəbər
Yüklənir...

Hörmüzdə yeni gərginlik: SEPAH üç xarici tankerin keçidinə icazə vermədi

Aysel Əlibəyli 26 İyun 2026 · 17:46 1058 baxış

Hörmüz boğazından keçməyə cəhd göstərən azı üç xarici neft tankeri İran İnqilab Keşikçiləri Korpusunun (SEPAH) xəbərdarlığından sonra marşrutunu dəyişərək geri qayıdıb.

Məlumata görə, tankerlər rəsmi Tehranla razılaşdırılmadan boğazın cənub hissəsində yaradılmış alternativ marşrutdan istifadə etməyə çalışıblar. SEPAH-ın Hərbi Dəniz Qüvvələri yerli vaxtla səhər saat 04:00 radələrində xəbərdarlıq edərək bu keçidin qanunsuz və təhlükəli olduğunu bəyan edib.

Elpress.az xəbər verir ki, İran xarici işlər nazirinin müavini Kazım Qəribabadi bildirib ki, Hörmüz boğazından təhlükəsiz keçid yalnız İran tərəfi ilə koordinasiya əsasında həyata keçirilməlidir. Onun sözlərinə görə, bu prosedur ABŞ ilə imzalanmış İslamabad Anlaşma Memorandumunun müddəalarına uyğun tənzimlənməlidir.

İranın Körfəz suları İdarəçiliyi Administrasiyası isə xəbərdarlıq edib ki, icazəsiz keçid cəhdləri zamanı naviqasiya xidmətləri dayandırıla bilər və yaranacaq nəticələrə görə məsuliyyət birbaşa gəmi sahiblərinin üzərinə düşəcək.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Silahlı Qüvvələr Günündə Müdafiə Nazirliyində yeni idman zalı və tibb bölməsi istifadəyə verildi

Next Article

Zakir Həsənov yeni ali hərbi rütbə alan zabitlərlə görüşdü

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Microeledone galapagensis adlı yeni osminoq növü aşkarlandı

Elşən 26 May 2026 · 07:34 1094 baxış Alimlər Qalapaqos adaları sahillərində yeni dərin dəniz osminoq növü aşkarlayıblar. “Microeledone galapagensis” adlandırılan göy rəngli kiçik osminoq ilk dəfə 1773 metr dərinlikdə qeydə alınıb. Araşdırma zamanı mütəxəssislər […]

Oman körfəzində tankerə ABŞ zərbəsi

Aysel Əlibəyli 10 İyun 2026 · 22:02 1072 baxış ABŞ Oman körfəzində Palau bayrağı altında üzən “Settebello” tankerini hədəfə alıb. ABŞ Mərkəzi Komandanlığının (CENTCOM) sosial media hesabında yayılan məlumatda bildirilib ki, ardıcıl ikinci gün İrandan […]