--:--:-- | 18 Oktyabr 2026, Bazar
Son Xəbər
Yüklənir...

ABŞ Rusiya dizel yanacağının tədarükünü müharibənin bitməsi ilə əlaqələndirib

Aysel Əlibəyli 18 Oktyabr 2026 · 21:50 1018 baxış

ABŞ administrasiyası Rusiya dizel yanacağının tədarükünə imkan verən razılaşmanı Moskvanı Ukrayna ilə müharibəni bitirməyə təşviq edən vasitə kimi təqdim edir.

Elpress.az xəbər verir ki, ABŞ-nin energetika naziri Kris Rayt CNN-ə müsahibəsində Prezident Donald Trampın bu addımının Rusiyaya güzəşt deyil, münaqişənin başa çatdırılması üçün stimul olduğunu bildirib.

Nazirin sözlərinə görə, Rusiyanın ixrac üçün əlavə dizel yanacağı əldə etməsi Ukrayna ilə müharibənin dayandırılması ilə əlaqələndirilir. O, ABŞ-nin Rusiya neftinə qarşı tətbiq etdiyi sanksiyaları yumşaltmadığını, istisnanın yalnız dizel yanacağının tədarükünə aid olduğunu vurğulayıb.

Məlumata əsasən, Tramp oktyabrın 9-da Rusiya dizel yanacağının ABŞ və dünya bazarlarına genişmiqyaslı tədarükü ilə bağlı razılaşma elan edib. Həmin gün ABŞ Maliyyə Nazirliyi Rusiya dizel yanacağının qlobal bazara çıxarılmasına icazə verib və bu tədarükü 7 aprel 2027-ci ilədək sanksiyalardan müvəqqəti azad edib.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Sankt-Peterburq PUA hücumuna məruz qalıb

Next Article

Naxçıvanda dörd avtomobil toqquşub, 5 nəfər yaralanıb

Bəlkə də, sizin üçün maraqlı olar ...;

İranın bəzi bölgələrində ardıcıl partlayış səsləri eşidildi

Aysel Əlibəyli 12 İyul 2026 · 20:47 1144 baxış İranın cənubunda yerləşən Bəndər-Abbas vilayəti və Qəşm adası ətrafında bir neçə partlayış səsinin eşidildiyi bildirilir. Elpress.az xəbər verir ki, İranın Bəndər-Abbas vilayətinin şərq hissəsində, eləcə də […]

ABŞ “Green Card” şərtlərini sərtləşdirir

Aysel Əlibəyli 26 İyul 2026 · 21:18 1084 baxış Tramp administrasiyası “Green Card” üçün 100 min dollarlıq girovu müzakirə edir Elpress.az xəbər verir ki, ABŞ Prezidenti Donald Tramp administrasiyası ölkəyə immiqrasiya qaydalarını sərtləşdirmək məqsədilə “Green […]