--:--:-- | 25 Oktyabr 2026, Bazar
Son Xəbər
Yüklənir...

Gürcüstanda əcnəbilər universitetlərə imtahansız qəbul oluna biləcəklər

Aysel Əlibəyli 11 Sentyabr 2026 · 15:17 1088 baxış

Yeni qayda 2027-2028-ci tədris ilindən tətbiq ediləcək

Elpress.az xəbər verir ki, 2027-2028-ci tədris ilindən etibarən xarici ölkə vətəndaşları Gürcüstanın ali məktəblərinə qəbul imtahanı vermədən daxil ola biləcəklər.Yeni qaydalara əsasən, tam orta təhsilini başa vurmuş əcnəbi abituriyentlər seçdikləri təhsil proqramına uyğun dil biliklərini beynəlxalq sertifikatla təsdiqləməli və ya Gürcüstanın Milli Qiymətləndirmə və İmtahan Mərkəzində müvafiq dil imtahanı verməlidirlər. Gürcü dilində tədris olunan proqramlara müraciət edənlərdən isə dövlət dili üzrə biliklərini təsdiqləmələri tələb olunacaq.Bakalavr proqramları üçün minimum dil tələbi B1, magistratura proqramları üçün isə B2 səviyyəsi müəyyənləşdirilib. Beynəlxalq dil sertifikatının etibarlı olması və verildiyi tarixdən üç ildən artıq vaxt keçməməsi şərtdir.Magistraturaya müraciət edən xarici vətəndaşlardan xarici ölkədə əldə etdikləri ali təhsil üzrə müvafiq akademik dərəcəni təsdiqləyən sənəd də tələb olunacaq.Gürcüstanda dövlət ali məktəblərində ölkə vətəndaşları üçün təhsilin ödənişsiz olması ilə əlaqədar 2026-2027-ci tədris ili üzrə xarici tələbələrin dövlət universitetlərinə qəbulu həyata keçirilməyib. Yeni qəbul qaydası isə özəl universitetlərə şamil edilməyəcək.Gürcüstanda xarici vətəndaşlar üçün ali təhsil ödənişlidir. İllik təhsil haqqı universitetdən və proqramın tədris dilindən asılı olaraq orta hesabla 1 500-8 000 ABŞ dolları arasında dəyişir.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Aİ Azərbaycana sülh prosesində dəstək yollarını müzakirə edir

Next Article

Britaniya səfiri: Azərbaycanla süni intellekt sahəsində yeni layihələr olacaq

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Rusiya daha bir qəsəbəyə nəzarəti ələ keçirdi

Aysel Əlibəyli 21 İyul 2026 · 15:58 1092 baxış Rusiya ordusu Xarkov vilayətində Voloxovskoye qəsəbəsini nəzarətə götürdüyünü açıqlayıb Elpress.az xəbər verir ki, Rusiya Müdafiə Nazirliyi Silahlı Qüvvələrin Ukraynada daha bir yaşayış məntəqəsinə nəzarəti ələ keçirdiyini […]

Uitkoff: Tramp Ukraynada davamlı sülhə nail olmaq istəyir

Aysel Əlibəyli 21 Oktyabr 2026 · 21:19 1066 baxış ABŞ Prezidenti Donald Tramp Ukrayna müharibəsinin başa çatdırılması və uzunmüddətli sülh razılaşmasının əldə olunması istiqamətində səylərini davam etdirir. Elpress.az xəbər verir ki, bu barədə ABŞ Prezidentinin […]

Paşinyan Nyu-Yorkda velosiped sürdü – 36 kilometr yol qət etdi

Aysel Əlibəyli 24 Sentyabr 2026 · 08:44 1096 baxış Ermənistanın Baş naziri Nikol Paşinyan BMT Baş Assambleyasının 81-ci sessiyasında iştirak etmək üçün Nyu-Yorkda səfərdədir. Elpress.az xəbər verir ki, Paşinyan səfər çərçivəsində şəhərin küçələrində velosiped sürərək […]