--:--:-- | 03 Noyabr 2026, Çərşənbə axşamı
Son Xəbər
Yüklənir...

ABŞ bazalarının koordinatları ilə bağlı iddialar: Mobil telefonlar təhlükə mənbəyinə çevrilib

Aysel Əlibəyli 31 İyul 2026 · 10:50 1130 baxış

ABŞ hərbi bazalarının yerləşdiyi ərazilərlə bağlı məlumatların üçüncü tərəflərə ötürülməsi ehtimalı yenidən müzakirə mövzusuna çevrilib.

Elpress.az xəbər verir ki, xarici mediada yayılan məlumatlara görə, mobil cihazlardan əldə edilən geolokasiya məlumatlarının müxtəlif data brokerləri vasitəsilə alınıb-satılması təhlükəsizlik risklərini artırır.

Bildirilir ki, bu cür məlumatlar vasitəsilə insanların yerləşdiyi məkanlar müəyyən edilə bilər və həmin informasiyalara çıxışı olan şəxslərin dairəsi kifayət qədər genişdir.Məlumatlarda qeyd olunur ki, bir müddət əvvəl Reuters agentliyi ABŞ hərbi rəhbərliyinin Yaxın Şərqdə xidmət edən bəzi hərbçilərdən mobil telefonlarını təhvil verməsini nəzərdən keçirdiyini yazmışdı.İddialara əsasən, hərbçilərin mobil telefonlarla çəkdikləri görüntülərin sosial şəbəkələrdə paylaşılması hərbi obyektlərin yerləşdiyi məkanların müəyyən edilməsinə və onların təhlükəsizliyi ilə bağlı əlavə risklərin yaranmasına səbəb ola bilər.

Qeyd edək ki, səsləndirilən məlumatlar xarici media orqanlarının iddialarına əsaslanır və bununla bağlı rəsmi qurumlar tərəfindən əlavə təsdiqedici açıqlama verilməyib.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Azərbaycanda sosial sığorta sistemində qeydiyyatda olanların sayı artıb

Next Article

Şəmkirdə qadının adını dəyişdirmək cəhdi nəticəsiz qalıb

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Dünya neft bazarında eniş dalğası

Aysel Əlibəyli 13 İyun 2026 · 09:50 1138 baxış Londonun ICE birjasında aparılan ticarət əməliyyatları zamanı “Brent” markalı neft üzrə 2026-cı ilin avqust ayı üçün fyuçers müqavilələrinin qiyməti 3,37 faiz azalaraq bir barel üçün 87,33 […]

World Health Organization bildirib ki, Democratic Republic of the Congonun şərqində davam edən müharibə Ebola epidemiyasına qarşı mübarizə və profilaktik tədbirlərin həyata keçirilməsini daha da çətinləşdirir.

Aysel Əlibəyli 27 May 2026 · 23:35 1146 baxış World Health Organization xəbərdarlıq edib ki, Democratic Republic of the Congonun şərqində davam edən silahlı qarşıdurmalar Ebola epidemiyasına qarşı aparılan mübarizəni ciddi şəkildə zəiflədir. Təşkilat vəziyyətin […]

Bill Qeyts 2027-ci ildə kiberhücumların artacağı barədə xəbərdarlıq edib

Aysel Əlibəyli 12 Oktyabr 2026 · 06:06 1100 baxış Süni intellekt texnologiyalarının inkişafı kibercinayətkarların imkanlarını genişləndirə və yeni təhlükəsizlik problemləri yarada bilər. “Microsoft”un qurucusu Bill Qeyts yaxın illərdə bu sahədə ciddi risklərin meydana çıxacağını düşünür. […]