--:--:-- | 17 İyul 2026, Cümə
Son Xəbər
Yüklənir...

Finlandiyada nüvə silahı ehtimalı gündəmdə

Aysel Əlibəyli 29 İyun 2026 · 12:33 92 baxış

Finlandiyanın yeni addımı Rusiyanın diqqətində: NATO-nun nüvə çəkindirmə planları genişlənir

Elpress.az-ın məlumatına əsasən, NATO-nun Rusiya sərhədlərinə yaxın bölgələrdə hərbi imkanlarını artırması ilə bağlı müzakirələr davam edir. Finlandiyada nüvə silahlarının yerləşdirilməsi ehtimalı beynəlxalq diqqət mərkəzinə düşüb.Məlumata görə, Rusiya sərhədindən təxminən 147 kilometr məsafədə yerləşən Rovaniemi aviabazası mümkün yerləşdirmə məkanlarından biri kimi göstərilir.Finlandiya Prezidenti Aleksandr Stubb ölkəyə nüvə silahlarının gətirilməsi və saxlanılmasına imkan yaradan qanun dəyişikliklərini təsdiqləyib. Bu qərar ölkənin müdafiə siyasətində mühüm dəyişiklik kimi qiymətləndirilir.Rusiya tərəfi isə hazırda Finlandiyada nüvə silahlarının yerləşdirilməsinə hazırlıq aparıldığını göstərən konkret əlamətlərin olmadığını bildirib. Bununla belə, yaxın dövrdə Rovaniemi bazasına ABŞ istehsalı olan B61-12 nüvə bombalarını daşımaq qabiliyyətinə malik F-35A qırıcılarının təqdim olunacağı gözlənilir.Bundan əlavə, Finlandiyanın Fransanın rəhbərliyi altında fəaliyyət göstərən nüvə çəkindirmə proqramına qoşulmaq imkanlarını nəzərdən keçirdiyi bildirilir. Sözügedən təşəbbüsə artıq Norveç və Danimarkanın da maraq göstərdiyi qeyd olunur.Mümkün dəyişikliklər Avropada təhlükəsizlik balansı, NATO-Rusiya münasibətləri və regiondakı hərbi strategiyalar baxımından diqqətlə izlənilir.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Bakıda mansard mənzillər adi evlərdən nə qədər ucuzdur?

Next Article

İşə gecikdiyi üçün həbs olunan Azərbaycan rəssamı kim idi?

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Donald Trump: Si Cinpinlə görüş böyük uğur oldu

Elşən 16 May 2026 · 08:09 71 baxış Donald Trump Xi Jinping arasında keçirilən ikigünlük görüşü ABŞ lideri uğurlu qiymətləndirib. Elpress.az-ın məlumatına əsasən, Ağ Evə qayıtdıqdan sonra jurnalistlərə danışan Tramp görüşlərin məhsuldar keçdiyini bildirib. “Çox […]

Aİ-dən Əlcəzair aviaşirkətinə uçuş qadağası

Aysel Əlibəyli 09 İyun 2026 · 22:31 64 baxış Avropa Komissiyası Əlcəzairin “Air Express Algeria” aviaşirkətini Avropa İttifaqının hava təhlükəsizliyi üzrə qara siyahısına daxil edib. Elpress.az əl-cəzirə- yə istinadən xəbər verir ki, qərardan sonra aviaşirkətin […]