--:--:-- | 21 Sentyabr 2026, Bazar ertəsi
Son Xəbər
Yüklənir...

Filippində daşqınlar 32 nəfərin ölümünə səbəb olub

Aysel Əlibəyli 30 Avqust 2026 · 12:31 1034 baxış

Musson yağışları və tropik siklonların yaratdığı fəlakət 8 milyona yaxın sakinə təsir edib

Elpress.az xəbər verir ki, Filippində son bir ay ərzində yağan güclü musson yağışları və tropik siklonlar genişmiqyaslı daşqınlara səbəb olub.Təbii fəlakətlər nəticəsində 32 nəfər həyatını itirib, 3 nəfər isə itkin düşüb. Hadisələrdən ən çox ölkənin şimalında yerləşən Luson adası zərər çəkib. Təxminən 26 min sakin təhlükəsizlik məqsədilə yaşayış yerlərindən təxliyə edilərək müvəqqəti sığınacaqlara yerləşdirilib.Daşqınlar ölkə üzrə 8 milyona yaxın insanın həyatına təsir göstərib. Güclü yağışlar və torpaq sürüşmələri nəticəsində 2 900-dən çox ev, həmçinin yollar və körpülər dağılıb və ya zərər görüb. İlkin hesablamalara əsasən, təbii fəlakətin ölkəyə vurduğu maddi zərər təxminən 100 milyon dollar təşkil edir.Meteoroloqlar musson yağışlarının davam edəcəyini bildiriblər. Bununla əlaqədar hakimiyyət orqanları fəlakətdən zərər çəkmiş ərazilərdə təhlükəsizlik tədbirlərini gücləndirilmiş rejimdə davam etdirir.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

İstidən bezən camışlar çaya axışdı

Next Article

Zaporojye AES-də yanacaq ehtiyatı ilə bağlı xəbərdarlıq

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Pezeşkian: Xamenei ilə görüş 7 saat davam edib

Aysel Əlibəyli 10 Avqust 2026 · 16:57 1034 baxış İran Prezidenti Ali Rəhbərlə görüşdə ölkənin əsas problemlərinin müzakirə edildiyini bildirib Elpress.az xəbər verir ki, İran Prezidenti Məsud Pezeşkian ölkənin Ali Rəhbəri Seyid Müctəba Xamenei ilə […]

Asim Munirdən Xameneiyə xüsusi mesaj

Aysel Əlibəyli 07 İyun 2026 · 13:51 1128 baxış Pakistanın daxili işlər naziri feldmarşal Asim Munir tərəfindən hazırlanmış xüsusi məktubu İran tərəfinə rəsmi şəkildə təqdim edib. Pakistanın daxili işlər naziri Möhsin Nəqvi ötən gecə İran […]

Almaniyada müəllim 17 il işə getmədən maaş alıb

Aysel Əlibəyli 01 Avqust 2026 · 13:50 1044 baxış Almaniyada müəllim 17 il ərzində işə getmədən dövlətdən 1 milyon avrodan çox maaş alıb Elpress.az xəbər verir ki, Almaniyada bir müəllimin uzun müddət işə çıxmadan dövlətdən […]