--:--:-- | 21 Sentyabr 2026, Bazar ertəsi
Son Xəbər
Yüklənir...

Ermənistanın yeni Konstitusiya layihəsi müzakirəyə çıxarılacaq

Aysel Əlibəyli 19 Avqust 2026 · 23:48 1050 baxış

Ermənistanda yeni Konstitusiyanın hazırlanması prosesi davam edir.

Elpress.az xəbər verir ki, 2026-2031-ci illər üzrə hökumət proqramının layihəsində yeni Konstitusiya layihəsinin yekunlaşdırılaraq ictimai və peşəkar müzakirəyə təqdim ediləcəyi bildirilib.

Sənəddə qeyd olunub ki, yeni Konstitusiya yalnız hüquqi sənəd deyil, həm də Ermənistan xalqının dövlətin gələcəyi, daxili və xarici münasibətlərin əsas prinsipləri ilə bağlı ümumi siyasi razılığını əks etdirməlidir.

Layihənin qanunun aliliyinə əsaslanan dövlət quruculuğuna, demokratiyanın və ictimai etimadın möhkəmləndirilməsinə, həmçinin ölkənin uzunmüddətli inkişafına xidmət etməsi nəzərdə tutulur.

Bildirilir ki, sənəd yekunlaşdırıldıqdan sonra ictimai və peşəkar müzakirəyə təqdim olunacaq. Daha sonra onun referendum üçün təqdim edilməsi istiqamətində müvafiq addımlar atılacaq.

Qeyd edək ki, məsələ avqustun 20-də keçiriləcək iclasın gündəliyinə daxil edilib.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Göygöldə 23 yaşlı gənc bıçaqlanıb

Next Article

Avqustun 20-də bu ərazilərdə işıq kəsiləcək

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Tramp Pezeşkianla görüşə hazır olduğunu açıqlayıb

Aysel Əlibəyli 20 Sentyabr 2026 · 19:40 1030 baxış ABŞ Prezidenti İran lideri ilə Nyu-Yorkda görüş ehtimalına münasibət bildirib Elpress.az xəbər verir ki, ABŞ Prezidenti Donald Tramp İran Prezidenti Məsud Pezeşkianla görüşməyə hazır olduğunu bildirib.Trampın […]

Rekordlar artıq təkcə qırılmır — məhv olur 🌡️

Aysel Əlibəyli 27 May 2026 · 14:50 1112 baxış istilik dalğalarının sərtləşməsi fonunda niyə temperatur rekordları artıq sadəcə qırılmır, həm də əvvəlkindən daha kəskin şəkildə məhv olur? Elpress.az-ın məlumatına əsasən, Hazırda Qərbi Avropa demək olar […]